>
Haqqımızda Əlaqə

Ramin Əhmədov:”Dağılan evlər, dinc əhalinin vəhşət yaşaması, körpələrin ölümü erməni vandalizminin missiyası olaraq qalır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Bu gecə Gəncədə baş verən terror aktı bir daha ermənilərin  humanizmdən əsər-əlamət olmayan çirkin üzünü hamıya göstərdi. Dağılan evlər, dinc əhalinin vəhşət yaşaması, körpələrin ölümü erməni vandalizminin missiyası olaraq qalır. Belə xalq heç vaxt sülh tərəfdarı olmur!”.

Bu sözləri YAP Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Agsaqqallar.az saytına açıqlamasında deyib. O, qeyd edib ki, heç bir konvensiya və qətnaməyə, eləcə də elan olunmuş atəşkəs rejiminə məhəl qoymayan Ermənistan şanlı ordumuzun zəfər yürüşlərindən quduzlaşaraq dinc əhalini hədəfə alıb.

“Tarixləri və varlıqları olmayan, özgə torpaqlarından özünə respublika yaratmağa çalışan erməni vandalları yaxşı bilirlər ki, beynəlxalq güclərin istəyi və təzyiqi sayəsində  erməni dövləti yaradılıb.  Real həqiqət olaraq, iyrənc qonşuyla yaşamaq məcburiyyəti tariximizin ən acılı yeridir ki, biz Qarabağ agrısını da yaşadıq.

Bu gün Ali Baş Komandanımızın və milli ordumuzu gücü sayəsində yurdlarımız geri qayıdır. Qaçqın-köçkünlərimizin bu statusu ləğv olunur. Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayıb və biz öz tarixi torpaqlarımız uğrunda savaşırıq”-deyə R. Əhmədov vurğulayıb. 

O, qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuz, bütövlükdə xalqımız, hər bir vətəndaş vətənpərvərlik ruhunda köklənib. Qələbə bizimdir, zəfər bizimdir!

” Gəncədə baş verən bu terror hadisəsi bir daha göstərdi ki,  Ermənistan müharibə cinayətlərini hələ də davam etdirir. Mülki şəxsləri və körpələri öldürməyə davam edir. Biz susmayacağıq! Bütün dünyaya terrorda həyatını itirmiş körpələin, ahılların dilində hayqıracağıq!”-deyə R. Əhmədov bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR