>
Haqqımızda Əlaqə

Hikmət Hacıyev:”Ermənistan Silahlı Qüvvələri terror və müharibə cinayətlərini törətməyə davam edir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirir”

Agsaqqallar.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu zərbə təsir zonasından tapılan mərmilər sübut edir”. deyə o qeyd edib.

Qeyd edək ki, 16 oktyabr gecə 00:54 radələrində ermənilər Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutublar.

Raket hücumları zamanı dağıntılar arasından insanlar çıxarılmaqdadır. İlkin məlumata əsasən 20-yə yaxın yaşayış binası olan ərazidə ciddi dağıntılar mövcuddur. Dağıntılar arasından körpə uşağın da çıxarıldığı bildirilir.

Qeyd edək ki, Gəncə şəhərinə sentyabrın 27-dən bu günə qədər həyata keçirilən 5-ci, Mingəçevir şəhərinə isə 3-cü raket hücumudur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR