>
Haqqımızda Əlaqə

Serdar  Ünsal:”Ermenistan ateşle oynadı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Qarabağın  azadlığı uğrunda apardığımız mübarizə qardaş Türikiyənin də gündəminə çevrilib.

“Manşetlərdə gedən xəbərlər “Qarabağ Azərbaycandır!” şüarı ilə bitir. Bütün Türkiyə ayaqdadır. Ermənistan yenə də odla ounayır. Ağababası Rusiyanın dəsətəyinə güvənən Ermənistanın istəyi suya düşdü. Ermənistan Silahlı Qüvvələri Tovuza hücum etməklə böyük yanlışa yol verdilər. Azərbaycanın səbri daşdı.”

Bu sözləri Ağsaqqallar. az saytı ilə daima əməkdaşlıq edən, Türkiye Azerbaycan Dostluk Dernekleri Federasyonu Iğdır Azerbaycan Evi Derneği başkanı Serdar Ünsal son hadisələri şərh edərkən deyib.

O, qeyd edib ki, ermənilər son atəşkəsdə Azərbaycan əsgərini şəhid edərkən, dinc əhaliyə atəş açarkən bunun bədəlinin ağır olacağını anlamalıydı. “Sayın Cumhurbaşkanımız İlham Əliyevin xain saldırı nədəniylə başladığı və uğurla davam etdirdiyi hərbi əməlliyyatlar, illərlə qaçqın-köçkün həyatı yaşayanların yurdlarına dönmələrinə nədən oldu. İndi Qarabağın çox yerində şanlı Azərbaycan, ay-ulduzlu  bayrağımız dalğalanır. Biz də efirlərdə seyr etdiyimiz, ürəyimizdə yara olan  Qarabağı gəzəcəyimiz, şanlı bayraqlarımızı öpəcəyimiz günü səbirsizliklə gözləyirik”-deyə S. Ünsal bildirib.

Bundan başqa, Sərdar Ünsal onu da vurğulayıb ki,  Qarabağ Azərbaycanın tarixi torpağıdır,  hər zaman Azərbaycanın yanındadırlar,  İqdır Azərbaycan Evi Dərnəyinin hər bir üzvü Qarabağda savaşmağa hazırdır.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR