>
Haqqımızda Əlaqə

Mayıl Alcanov:”Şamaxı ağsaqqalları sizinlədir, Ali Baş Komandanımız!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

” Bu gün biz qürur hissiylə “Qələbə!” xəbərini gözləyirik. Şanlı ordumuzun təntənəli gedişi hamımızda ruh yüksəkliyi yaradıb.”

Bu sözləri Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov Agsaqqallar.az saytına açıqlamasında deyib. O, qeyd edib ki, Şamaxı da Qarabağ uğruna savaşa yüzlərlə könllü göndərib.

“İyulun 12-dən başlayaraq ölkəmizin sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti təxribata ordumuz tərəfindən layiqli cavab verildi və həmin günlərdə xalqımızın hərbçilərimizə dəstək verməklə, Prezident, Ali Baş Komandan İlham Əliyevlə həmrəylik nümayiş etdirməklə bu xalqın böyüklüyünü, gücünü və iradəsini göstərdi. Bu gün bizim oğullarımız, silahlı qüvvələrimiz düşmənə öz yerini göstərir. Ermənilər layiq olduqları cavabı alırlar. Eşq olsun bizim şanlı ordumuza! Eşq olsun bizim Ali Baş Komandanımıza! Tezliklə Qarabağın hər bucağından azan səsi eşidiləcək! Biz ağsaqqallar da öz dəstəyimizi verməyə hazırıq! Həmişə hazırırq!”-deyə M. Alcanov bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR