>
Haqqımızda Əlaqə

Hikmət Hacıyev: “Azərbaycan xalqının iradəsindən kənar bu münaqişənin həlli mövcud deyil”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan xalqı bu vətən müharibəsində ona dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq”.

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir:

“Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri, Azərbaycan Respublikasının suveren əraziləri daxilində Ermənistanın Azərbaycana qarşı işğalının, təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində öz tədbirlərini həyata keçirir. Bütün bunların yekununda, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulduqdan sonra regionda davamlı, sülhü və təhlükəsizliyi təmin edəcək”.

H.Hacıyev onu da qeyd edib ki, bu gün Azərbaycan xalqında olan ruh yüksəkliyi, yüksək əhval-ruhiyyə ümummilli həmrəyliyin göstəricisidir:

“Bu Azərbaycan xalqının əzmidir. İşğal olunmuş torpaqlarımızın azad edilməsi birmənalı olaraq Azərbaycan xalqının tələbidir. Bunu beynəlxalq ictimaiyyət də bilməli və başa düşməlidir. Azərbaycan xalqının iradəsindən kənar bu münaqişənin həlli mövcud deyil.

Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha açıqlama verərək, 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilmədiyi ilə bağlı fikirlərini bildirib.

Prezident İlham Əliyev qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Bir daha qardaş Tükiyənin qətiyyətli mövqeyini Azərbaycan xalqı və cənab prezidentimiz çox yüksək qiymətləndirir. O cümlədən, bu günə qədər Ermənistanla heç bir diplomatik əlaqələri olmayan Pakistanın da dəstəyini yüksək qiymətləndiririk. Bu günlərdə Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycanın haqq işinə olan dəstəyi yüksək dəyərləndiririk”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR