>
Haqqımızda Əlaqə

Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə çalışacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azəriqaz” Qurban bayramı ilə əlaqədar qarşıdakı 4 qeyri-iş günündə gücləndirilmiş rejimdə çalışacaq. 

Qurumdan  verilən məlumata görə, bununla bağlı olaraq “Azəriqaz”ın məsul şəxslərindən ibarət növbəlilik sistemi yaradılıb.

Müştəri xidmətləri üzrə müraciətlər Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində qəbul olunacaq.  Hər 3 xidmət sahəsində 31 iyul, 1 və 3 avqust tarixlərində səhər saat 10:00-dan 16:00-dək, yalnız 2 avqustda səhər saat 10:00-dan saat 14:00-dək xidmətlər təqdim olunacaq.

Əsasən itirilmiş və ya zədələnmiş kartların əvəzlənməsi, koda düşmüş əməliyyatların bərpası və digər ən zəruri xidmətlər göstəriləcək.

Bildirilir ki,  “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət”i də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.  Eyni zamanda (+994 77) 3 104 104 saylı daim aktiv olan “Whatsapp” nömrəsinə də yazılı, görüntülü, səsli mesajlarınızı göndərə bilərsiniz.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR