>
Haqqımızda Əlaqə

Azərbaycanda bank şəhid hərbçilərin borclarını sildi – RƏSMİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan – Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun, həqiqətən, “Kapital Bank”a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq “Kapital Bank” tərəfindən silinib”.

Bunu oxu.az-a açıqlamasında “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

Onun sözlərinə görə, banka borcu olan digər hərbi qulluqçuların da borcları silinib:

“Bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və “BirKart”larına borclarının olduğu üzə çıxıb.

Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da “Kapital Bank” tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR