>
Haqqımızda Əlaqə

Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ulu öndər Heydər Əliyev tərəfindən başlanmış layihələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. “Əsrin Müqaviləsi” kimi möhtəşəm layihənin həyata keçirilməsi, Bakı-Tbilisi–Ceyhan neft kəmərinin çəkilməsi, Bakı-Tblisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin fəaliyyətə başlaması, TAP və TANAP qaz kəmərlərinin çəkilməsi dünyada əks-səda doğurmuş və milyonlarla xarici dövlətlərin faydalandığı qlobal əhəmiyyətli layihələrə çevrilmişdir.

Dünyanı tüğyan edən COVİD-19 virusu ÜST tərəfindən PANDEMİYA elan edildikdən sonra Azərbaycanda Prezident İlham Əliyev tərəfindən ilk gündən qabaqlayıcı tədbirlərin görülməsinə başlanılmışdır. Belə ki, Nazirlər Kabineti nəzdində Operativ Qərargah yaradılmış, ölkədə karantin rejimi tətbiq edilmiş və qarşıya çıxan problemlərin həlli istiqamətində təcili tədbirlərin görülməsinə başlanılmışdır.

Pandemiya dövründə əhalinin tibbi maskaya olan ehtiyacını ödəmək üçün qısa müddət ərzində tibbi maska istehsalı avadanlıqlarının  və xammalın Azərbaycana gətirilməsinə nail olunmuş və Sumqayıt Kimya Sənaye  Parkında sutkada 200-250 min tibbi maska istehsal etmə qabiliyyətli müəssisə fəaliyyətə başlamışdır. Mütəmadi olaraq Respublikanın bütün şəhərlərində küçə və parklar dezinfeksiya edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlmişdir. Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü işlər aparılmışdır.

Pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmuş, digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edilmişdir.

Pandemiyadan qurtulmaq üçün Prezident İlham Əliyev Beynəlxalq Əməkdaşlığın vacib olduğunu vurğulayaraq bu istiqamətdə də zəruri addımlar atmışdır. Belə ki, Türk Şurası üzvü olan dövlətlərlə ÜST-ün iştirakı ilə videokonfrans şəkildə görüş keçirilmiş, eləcə də Qoşulmama Hərəkatına üzv dövlətlərin Zirvə görüşü BMT və ÜST-ün iştirakı ilə videokonfrans formatında təşkil edilmişdir. Bu konfransda ÜST-nın baş katibi çıxış edərək Azərbaycanın Pandemiya ilə mübarizədə təcrübəsini yüksək qiymətləndirmiş, həmçinin, Azərbaycanın bu mübarizədə beynəlxalq aləmə verdiyi tövhəni təqdirəlayiq hesab etmişdir.

“Azərbaycan vətəndaşının sağlamlığı, təhlükəsizliyi və rifahi hər şeydən üstündür” deyən cənab Prezident tərəfindən uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlət hər zaman vətəndaşlarının yanındadır.

 

Nadir Əsədov

Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyyətinin üzvü

Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR