>
Haqqımızda Əlaqə

Ramin Əhmədov: “Heydər Əliyev öz adını ürəklərə qızıl hərflərlə yazan şəxsiyyətdir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Azərbaycan Ağsaqqallar Şurası Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilən konfrans keçirdib. Bu günü biz bayram kimi qeyd edirik. Heydər Əliyev öz adını ürəklərə qızıl hərflərlə yazan şəxsiyyətdir”.
Bu sözləri AŞ-nın İdarə heyətinin üzvü, Türk Dünyası Ağsaqqalları Qəzeti nin baş redaktoru Ramin Əhmədov ağsaqqallar.az saytına açıqlamasında deyib. O, qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı, qurucusu oldu, Heydər Əliyev kursu yaratdı, İlham Əliyev kimi özünün layiqli varisini yetişdirdi. Və bütün dünyaya Azərbaycanın qüdrətini, varlığını göstərmiş oldu.
“Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə iyunun 15-də Naxçıvandan Bakıya gəldi və ölkəmizi qardaş qırğınından, xaosdan xilas etdi. Heydər Əliyev Bakıya gələndə xalq artıq yorulmuşdu, qan ağlayırdı, imdad diləyirdi, mübarizəyə gücü qalmamışdı. Ümummili Lider vətəndaşın imdadına yetdi, ona yeni ruh verdi. Azərbaycanı parçalanmaqdan, müstəqilliyini, bayrağını itirməkdən xilas etdi. Ulu Öndərin qoyduğu ideoloji, iqtisadi və siyasi xətt indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: Azərbaycan Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atır və atacaq da. Biz də hər zaman sona qədər möhtərəm prezidentimizlə birgəyik! Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin!”- deyə R. Əhmədov vurğulamışdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR