>
Haqqımızda Əlaqə

Fəttah Heydərov: “Qurtuluş Günü Azərbaycan xalqının tarixində ən əhəmiyyətli günlərdən biridir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Milli Qurtuluş Günü özəl günlərdən biridir. Bu günlə bağlı çox söz demək olar: Çünki bu gün Azərbaycanın müstəqillik olub-olmamasınının həll olunduğu gün idi. Əgər Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycana rəhbərlik etməsəydi, hərc-mərcliyi aradan qaldırmasaydı və qarşıdurmaları səngitməsəydi, bizim müstəqilliyimiz çox gərgin vəziyyətə düşərdi”. Bu sözləri AAŞ-nın sədri, millət vəkili Fəttah Heydərov ağsaqqallar.az saytına açıqlamasında deyib.
O, qeyd edib ki, Azərbaycan bir dövlət kimi dövlətlər arasında tanınmazdı. Bu gün müstəqilliyimizin başlanğıc günlərindən biridir. Müstəqilliyimiz 1992-ci ildə rəsmi qaydada elan edilsə də, böyük təhlükə qarşısında idi.
“Hesab edirəm ki, müstəqilliyimizin doğum gününü Qurtuluş Günü ilə qeyd etmək lazımdır. Heydər Əliyev müstəqil Azərbaycanımızın əbədiyyətə qədər davam etməsi, dünya dövlətləri arasında tanınması üçün böyük işlər görüb. O həmişə vardır, yaşayır və nə qədər ki, Azərbaycan var, Ulu Öndər də onunla bərabər yaşayacaq”- deyə F. Heydərov vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR