>
Haqqımızda Əlaqə

Azər Kərimli: “Azərbaycanın bugünkü uğurları qurtuluş günü ilə başladı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarımızın xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Biz də öz növbəmizdə hansı ölkədə səfərdə oluruqsa orda Ulu Öndərin xidmətlərindən, Azərbaycanın çiçəklənməsindən və bu gün əmin əllərdə olmasından söhbət açırıq”.

Bu sözləri millət vəkili Azər Kərimli Ağsaqqallar.az saytına açıqlamasında deyib. O, həmçinin Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolunu və xidmətlərini xüsusi vurğulamışdır.

“Azərbaycanın bugünkü uğurları qurtuluş günü ilə başladı. Müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. O zaman da bu günkü müxalifətdə olanlar buna qarşı əks reaksiya verdi. Lakin ümummilli lider Heydər Əliyevin gücü, qüdrəti sayəsində ölkədə sabitlik təmin edildi. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Çox şükür ki, bu gün ölkə əmin əllərdədir. Möhtərəm prezidentimizin həyata keçirdiyi islahatlar uğurla davam etdirilir. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin!”- deyə Azər Kərimli bildirmişdir.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR