>
Haqqımızda Əlaqə

Fəttah Heydərov “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.
“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri, deputatlar, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak ediblər.
Müsabiqə qalibləri ilə xatirə şəkilləri çəkdirən şura sədri F. Heydərov mərasimdən xoş təəssüratla ayrılıb..

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR