>
Haqqımızda Əlaqə

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Əziz müsəlman bacı-qardaşlarım!
Bütün müsəlman dünyasının ən böyük bayramı olan Ramazan bayramı da bizim bayramlarımızın baş tacıdır. Bu bayramda oruc tutmaq, nəfsə qalib gəlmək islam fəzilətidir. Ramazan, bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc ruhumuzun güc qaynağıdır.
Nemətlər hər zaman var, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn bərəkət, şükür duyğusunu da artırır. Allahın verdiyi nemətlərin qədri daha yaxşı bilinir.
Bayramlar, küslülüklərin unudulduğu, insanların barışdığı, qardaşca qucaqlaşdığı, milli və dini duyğuların, inancların, ənənə və adətlərin tətbiq olunduğu, qüvvətləndiyi günlərdir.
Əziz həmvətənlər!
Təmsil etdiyim şuranın bütün üzvləri adından və şəxsən öz adımdan Sizlərin bayramınız təbrik edir, xalqımıza bolluq, rifah və əmin-amanlıq arzulayıram!
Allah tutduğunuz orucu, etdiyiniz dilək-dualarınızı qəbul etsin!
Amin!
Hörmətlə,
Fəttah Heydərov,
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR