>
Haqqımızda Əlaqə

Belə savadlı gənclərin hər zaman yaninda olmaq və onlara dəstək vermək lazımdır…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Müdrik təfəkkürlü gənc – Zaur Dargallı

Bu günlərdə sosial şəbəkələrdə belə bir status diqqətimi çəkdi. Oxuduğumda, görkəmli yazıçımız Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri yadıma düşdü. Gürcüstanda doğulan, əslən etnik azərbaycanlı olan bir istifadəçi belə bir şərh buraxmışdı: “Bildiyimiz kimi mənim üçün iki vətən var, biri döyünən ürəyim Azərbaycan, biri də anadan olduğum Gürcüstan. Bu günkü söhbət əsnasında aldığım məlumat mənim üçün sevindrici xəbər oldu. Gürcüstanın Marneuli rayonuna mer vəzifəsinə namizədliyni vermiş azərbaycanlı Zaur Dargallı adlı gənc üçün orda yaşayan həmvətənlərimdən onu dəstəklənməsini istərdim. İnandırım sizləri, Zaur Dargallını şəxsən tanımasam da, etibarlı dostlardan aldığım məlumata əsasən, savadlı, millətini sevən, hər zaman ehtiyacı olan vətəndaşlara yardım əlini uzadan şəxsdir. Belə savadlı gənclərin hər zaman yaninda olmaq və onlara dəstək vermək lazımdır. Çünki bu gün belə savadlı, sayğıdəyər cavanlara Gürcüstan azərbaycanlıların çox böyük ehtiyacı var”.

Bir vətəndaş üçün azərbaycanlı olmaqdan, Azərbaycanı təmsil etməkdən gözəl nə ola bilər axı?!

Kimdir Zaur Dargallı?! Qısa bir arayış verim.

Zaur Fizuli oğlu Dargallı 4 iyul 1988-ci ildə anadan olub. 2005- 2009-ci ildə İlia adına Dövlət Universitetinin kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb və bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. 2007-2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli Gənclər Şurasının üzvü olub.

2007-2010-cu illərdə jurnalist kimi fəaliyyət göstərib. Müharibə və Sülh İnstitutu (IWPR); Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, Regional Zaman qəzeti “Timer” mətbu orqanlarında çalışıb. 2008- 2011- ci illərdə Marneuli Gənclər Mərkəzinin layihələr üzrə meneceri vəzifəsində çalışıb.  2008-2011-ci illərdə müxtəlif layihələrdə fəal şəkildə iştirak edib. Onlardan, “Effektiv inteqrasiya naminə, daha yaxşı komunikasiya” (layihə həmçinin məcburi köçkün şəxslərlə bağlı məsələləri nəzərdə tuturdu), “Marneuli QHT-ləri inkişaf və əməkdaşlıq forumu” (layihə Marneulidə 12 QHT-nı əhatə edib) və s.

2011-2013- ci illərdə Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinator

müavini, USAID ofisinin koordinatoru vəzifəsində çalışıb.  2013-cü ildə “Gürcü arzusu” Koalisiyasının gənclər şöbəsinin rəhbəri olaraq çalışıb, 2013-cü ildə baş tutan prezident seçkilərində Marneuli rayon gərərgahının işlərində fəal şəkildə iştirak edib.  2014-2017-ci illərdə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın Dövlət Nazirinin Kvemo-Kartli bölgə nümayəndəsi olan Zaur Dərgallı 2017-ci ildən Kvemo Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışıb. Gürcü, Azərbaycan, rus, ingilis, türk dillərin bilir.

Ailəlidir, 2 övladı var.

Gürcüstan azərbaycanlıları və ya Gürcüstan türkləri tarixən burda yaşayan etnik azərbaycanlıların vətənidir. Onların etnik tərkibini Qarapapaqlar, Qıpçaqlar, Saklar, Gögərlər və digər türkdilli tayfalar təşkil edir. Azərbaycan dövləti də burda yaşayan azərbaycanlıları daim diqqətində saxlayır, onların yaşayışı ilə maraqlanır, lazımi tədbirlər həyata keçirir.  Gürcüstanda yaşayan azərbaycanlılar da, Azərbaycan prezidentinin onlara daim diqqət və qayğı göstərdiyini xüsusi qeyd edirlər.

Mən də Zaurla yaxından tanış deyiləm. Lakin onunla yaxınlıq edən dostlarımdan eşitdiklərim mənim də köksümü qabartdı və bu yazını yazmaq qərarına gəldim. Onun haqqında danışılanlardan belə qənaətə gəldim ki, Zaur gənc olaraq yüksək ehtirama layiq görülmüş bir ağsaqqal məqamındadır. Təbii ki, ağsaqqallıq yaşla ölçülmür, el arasındakı çəkiylə ölçülür. Gənc yaşında bu ehtiramı qazanmaq hər insana nəsib olmur. Böyük Əbu Türxan deyir ki, insanın bütün həyatı böyük məqsədlərə yönəlməlidir. Amma hərdən bir nəfəsini dərmək üçün tez bəhrə verən işlərə də vaxt ayırmalıdır. Bir şərtlə ki, yenidən yoluna davam edəsən. Zaur böyük potensiallı bir gəncdir. Onun üçün həyat, göründüyü kimi, savaş meydanıdır. O, öz missiyası üçün, xalqa, dövlətə yararlı olması üçün, bu meydanda savaşır, müdrik təfəkkürlə yeni, samballı yollarla irəliləməyə çalışır. Mənsub  olduğu etnik kökünü, azərbaycaçılığını, milli irsimizi qorumaq üçün əlindən gələni əsirgəmir. Özünün təbirincə desək, ona olan inam, etimad ona böyük stimul verir. Bir də qəlbinin arzusu, niyyəti mənzilinə doğru yol alıb. İsaak Nyuton deyir ki, əgər digər insanlardan mənim üçün bir şeylər etmələrini gözləsəydim, heç bir şey edə bilməzdim. Bunun fövqündə Zaur Dargallı da gücünü toplayıb, aqilanə bir məqsəd uğruna yararlı, örnək bir gənc kimi özünü cəmiyyətə təqdim edə bilib.

Bu yaxınlarda Gürcüstanın Marneuli şəhərində mer seçkisi keçiriləcək. Zaur Dargallı da namizədliyini irəli sürüb. Bu xoş bir xəbərdir. Seçimlərdə ona dəstək olmaq, orda yaşayan hər bir azərbaycanlının borcu olmalıdır. Çünki bütün azərbaycanlıların Azərbaycan adlı bir kökü var, bir ürəyi var ki, hamı bu ürəyin istisinə qızınır!

Biz də öz növbəmizdə Zaur Dargallıya uğur diləyir, bütün Gürcüstan azərbaycanlılarını ona dəstək verməyə çağırırıq! El bir olsa, dağ oynayar yerindən!

Uğurlar, Zaur Dargallı! Yolun açıq olsun!

Tezliklə görüşmək ümidilə…

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR