>
Haqqımızda Əlaqə

Fəttah Heydərov:”Ermənilərin başlıca hədəfi Azərbaycan və ümumən bütün türk dünyasıdır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Cənubi Qafqazda terrorçu separatizmin əsas daşıyıcılarının – ermənilərin başlıca hədəfi Azərbaycan və ümumən bütün türk dünyasıdır. Biz bunu tarixin bütün etaplarında hiss etmiş, duymuş və şahidi olmuşuq”.

Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 31 mart- Azərbaycanlıların Soyqırım gününü şərh edərkən deyib. O, bildirib ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin mənfur siyasəti bu gün də davam etməkdədir.

“Terror nəticəsində qocaman dövlətlər tarix səhnəsindən silinir, dünənin sabit və inkişaf edən ölkələri bu gün vətəndaş müharibəsinin mərkəzinə çevrilir, milyonlarla sakini qaçqın kimi başqa qitələrə pənah aparır. İqtisadi-sosial böhran artıq qlobal miqyas alır, dövlətlər maliyyə iflasını rəsmən elan edir, vətəndaşlar maaşını, təqaüdü ala bilmir, işsizlər ordusunun göstəricisi dəfələrlə artır. Terrorizm ən böyük bəla kimi ölkələri, vətəndaşları təhdid edir. Budur müasir dünyanın, elə qonşu ölkələrin durumu, vəziyyəti. Terrorizmin sosial-siyasi anlayış kimi mürəkkəbliyi onun siyasi məqsədlər üçün çoxsaylı formalarının mövcud olmasındadır ki, bunun da ən pisi ənənəvi terrordur. Ermənilər bu pis vərdişdən heç zaman əl çəkə bilmədilər”- deyə F. Heydərov vurğulayıb.

O, qeyd edib ki, 31 mart- ən ağrılı yerimiz, ən ağrılı tariximizdir. Bütün Azərbaycan xalqının başı sağolsun! Tarix bunu heç zaman unutmayacaq və bütün şəhidlərrimizin qanı yerdə qalmayacaq.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR