>
Haqqımızda Əlaqə

Rizvan Süleymanov: “Vuruşmağa hazır dayanmışam!”..

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Həmsöhbətim Qarabağda şərəfli döyüş yolu keçmiş hərbçimiz Rizvan Süleymanovdu


            “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik,

Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə

hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Heydər Əliyev

Vətənpərvərlik-hər bir insanın öz üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirməsidi. Vətənonu sevərək bizi qüvvətləndirən, mətin dayanmaq üçün bizə güc verən, qəlbimizi isindirən bir müqəddəs məkandır. Tarixin müxtəlif dönəmlərində xalqımızın Vətən naminə göstərdikləri qəhrəmanlıqlar, Vətənə olan sədaqət bizə məlumdur. Zaman-zaman türk dünyasına olan təzyiqlər, savaşlar heç bir türk övladını qorxuzmadı. Əksinə, onlar daha şücaətlə düşmənə qarşı mücadiləyə qalxdılar. Bu ənənələr bu günə qədər də davam etməkdədir. Təki Vətən sağ olsun! – şüarı damarından Türk qanı axan hər bir türk övladının dilinin əzbəridir. Sokrat deyir ki, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir.

Yenə də öz missiyama sadiq qalıb daha bir ləyaqətli vətən oğlu, vətən əsgəri ilə həmsöhbətəm. Həmsöhbətim Qarabağda şərəfli döyüş yolu keçmiş hərbçimiz Rizvan Süleymanovdu.

Rizvan Əli oğlu Süleymanov 1971-ci il Gədəbəy rayonunun Novo-İvanovka kəndində anadan olub. 1978-ci ildə kənd orta məktəbin 1-ci sinfinə gedib, 8-ci sinfi bitirdikdən sonra və 1986-cı ildə Gəncə şəhərində 38 saylı Texniki Peşə Məktəbinə daxil olub. 1989-cu ildə hərbi xidmətə çağrılıb və Sovet Ordusu tərkibində Estoniyanın paytaxtı Tallin şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb. Təlimlərdə çox fəal iştiraka görə daxili qoşunların əlaçısı kimi seçilib. O illərdə heç onun ağlına da gəlməzdi ki, bir gün doğma vətəninin bir parçası olan Qarabağın erməni separatçıları tərəfindən işğalı zamanı döyüşlərin də fəalı olacaq. Hərbçimiz xatirələrini danışır. Qartal baxışlarında bir əzmkarlıq, danışığında böyük Vətən sevgisi var:

Hərbi xidməti başa çatdırandan sonra vətənə döndüm və 1992-ci ilin aprel ayının 6-da könüllü olaraq özümümüdafiə dəstəsinə qoşuldum. Gədəbəyin Novo-İvanovka və bütöv ərazisi uğrunda gedən döyüşlərdə fəal iştirak etdim. Müharibə boyu hər gün və hər yerdə fəal oldum. 1994-cü ildə məni qabaqcıl döyüşçü kimi kiçik zabit kursuna, Bakı Ali Hərbi Dənizçilik məktəbinə dərs almaq üçün göndərdilər. Kursu bitirdikdən sonra kiçik-leytenant rütbəsi ilə yenidən döyüş bölgəsinə yollandıq. 1992-ci ilin avqust ayının 8-nə kimi müxtəlif vəzifələrdə xidməti borcu yerinə yetirdim. 1997-ci ilin avqust ayının 8-də xidmət müddəti başa çatdığına görə ordu sıralarında təxris oldum.  Bir müddət mülki həyatda özümə mövqe tutmağa çalışdım amma uyğunlaşa bilmədim və yenidən ordu sıralarına dönməyə qərar verdim. 1998-ci ilin ikinci yarısından Daxili Qoşunların Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə Diversiya Kəşfiyyat Qrupunun komandiri vəzifəsinə təyin olundum. Dövlət tədbirlərində fəallıq göstərdim, dövlət çevrilişlərinə qarşı əməliyyatlarda iştirak etdim. 2000-ci ildə Həzi Aslanov adına Bakı Ali Hərbi məktəbinə kəşfiyyat kurslarına göndərildim. Kurslar bitdikdən sonra yenidən hərbi hissəyə döndüm və yeni vəzifəyə kəşfiyyat rəisi təyin olundum. Bir müddət kəşfiyyat rəisi vəzifəsini yerinə yetirdikdən sonra xüsusi təyinatlı dəstənin komandiri vəzifəsini icra etdim. 2002-ci ildə Zaqatala, Balakən bölgəsində “meşə qardaşları” adlı terror dəstəsi fəaliyyəti olduğundan məni baş leytenant rütbəsində Zaqatalada yerləşən N saylı hərbi hissəsinə əlahiddə bölük komandiri vəzifəsinə təyin olundum. Xidmət dövründə komandiri olduğum bölük döyüş hazırlığında əla qiymət alaraq fərqlənmişdir. Xidmətdə fərqləndiyimiz üçün müxtəlif mükafatlara layiq görüldük və 2003-cü ilin mart ayının 12-si Daxili Qoşunların yaranması günündə Daxili İşlər naziri tərəfindən vaxtindan əvvəl “Kapitan” hərbi rütbəsinə layiq görüldüm. 2004-cü ilin dekabr ayının 20-də ordu sıralarından təxris olundum. Amma ürəyim Qarabağdadı! Vuruşmağa hazır duraraq, torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirəm! Bu hamı kimi mənim də ümdə arzumdu!” .

Həyati keyfiyyətləri stimullaşdırmaq, alternativini ya­ra­t­maq yalnız humanizmə sadiqlik, insansevərlik və vətənpərvərlikdi.. Qanında, canın­da bu təəssübü daşıyan insan qeyri-şüuri ətraf mühiti, kimisə, nəyisə düşünəcək və özünü ona məsul biləcək.. Hansı şairin şeiridi bilmirəm, onun təbirincə desək:

 El  səni  duyacaq, sən  onu  duysan,

Şərəf  sarayına  bir  kərpic  qoysan.

Qazanmaq  çətindir, itirmək  asan,

Əbədi  ünvandı  el  məhəbbəti.

Vətən əsgəri – sərt qayatək dəbərmədən səngərlərdə öz köksünə mamır bitirə bilən. Düşməninə dağ çayıtək coşub-daşan, bənd-bərəni dağıdaraq sel yaradan. Vətən əsgəri!! İsti-qaynar havalarda ürəyini buz tək tutub, şax dayanan. Əyilməyən! Qışın soyuq ayazında ürəyini isti tutan! Bəzən boran, çovğun olan, bəzən sərin mehə dönən, bəzən şəbnəm, ləçək olan, çəmənlərdə çiçək olan, torpağına sədaqətlə şəfəq saçan!! El güləndə gülə bilən, qəmlənəndə gözlərindən qəm ələnən! Gecələrin sükutunda ay-ulduzdan, xəfif yeldən, gündüzlərin şəfəqindən öz yurduna, yuvasına məhəbbətlə nəzər salan!

Bir insan nə üçün yaşayır həyatda? Vətəni, namusu, dini və şərəfi üçün. Bu ülvü dəyərlərə sahib olan insan deyərdim ki, özü bir tarix yaradır. Rizvan Süleymanov kimi!!!

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR