>
Haqqımızda Əlaqə

“Bu günün ağsaqqalı dünənin əsgəridir!” ……..

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk Dünyası Ağsaqqalları” qəzeti mart ayından yeni layihəyə start verəcək.

” “Bu günün ağsaqqalı dünənin əsgəridir!”adlı layihəmiz 2006-cı ildən start götürən “Əsgərlərə yeni ruh!” uzunmüddətli layihəsinin bir növ davamıdır. Layihənin məqsədi gənclərdə vətənpərvərlik ruhunun artırılmasına və vətən xidmətində olan əsgərlərə bir az da stimul vermək məqsədi daşıyır”.

Layihənin rəhbəri, qəzetin baş redaktoru Ramin Əhmədov Ağsaqqallar.az saytına açıqlamasında bildirib ki, biz Ağsaqqallar Şurasının mətbuat xidməti olaraq vətənpərvər mövzulara daha çox üstünlük veririk.

“Bildiyiniz kimi, müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Bizim güclü və nizami ordumuz, güclü də əsgərimiz var! Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün biz də Vətən əsgəri kimi Ali baş komandanın əmrinə müntəzirik! Torpaqlarımızın işğaldan azad olunması hər birimizin ümdə arzusudur!”. R. Əhmədov onu da qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası daim aktiv fəaliyyətdədirlər. Layihə çərçivəsində onlar tez-tez hərbi hissələrə, cəbhə zonasına səfərlər edir, əsgər və zabitlərlə görüşürlər. “Əminəm ki, bu layihəmiz də o biri layihələr kimi uğurlu və davamlı olacaq.”- deyə baş redaktor vurğulayıb..
Qeyd edək ki, layihənin Müdafiə Nazirliyi ilə birgə həyata keçirilməsi nəzərdə tutulub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR