>
Haqqımızda Əlaqə

Fəttah Heydərov: ”Gənclər fikirlərini ağsaqqalları ilə də bölüşməlidirlər”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan gəncləri geriyə yox, irəli baxmalıdır”.

Bu fikirləri   Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov Ağsaqqallar Şurasının iclasında deyib. O qeyd edib ki, Azərbaycan gənclərinin müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı prosesinin fəal iştirakçısı olması sevindirici haldır: “Gənclər fikirlərini bu gün təkcə sosial şəbəkələrdə deyil, öz valideynləri, ağsaqqalları ilə də bölüşməlidir”.

F. Heydərov  Azərbaycan prezidenti İlham Əliyevin gənclər üçün yaratdığı geniş imkanlardan danışıb: “Heydər Əliyev bütün həyatını Azərbaycana, Azərbaycan gəncliyinin gələcək inkişafına sərf edib. O hələ Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman azərbaycanlı gənclərin bütün sahələrdə inkişafını daim diqqətdə saxlayıb. Məhz onun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi üçün böyük imkanlar yaradılıb”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR