>
Haqqımızda Əlaqə

Ramin Əhmədov: “Bu gün məhz onun sayəsində Azərbaycan dünya miqyasında öz sözü və mövqeyi ilə seçilən ölkə kimi tanınır.”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün məhz onun sayəsində Azərbaycan dünya miqyasında öz sözü və mövqeyi ilə seçilən, mənafelərini qorumağı bacaran ölkə kimi tanınır. Amma bu, heç də asan başa gəlmədi. İqtisadi və siyasi cəhətdən heç bir ölkədən asılı olmayan, öz hədəflərinə doğru addım-addım irəliləyən, dinamik iqtisadi inkişaf yolunda bir-birinin ardınca uğurlar qazanan Azərbaycanı bu xətdən yayındırmaq, müstəqillyini əlindən almaq və ələbaxan ölkəyə çevimək istəyənlər çox oldu”.  Bu sözləri “Türk dünyası ağsaqqalları” qəzetinn baş redaktoru Ramin Əhmədov qəzetin illik hesabat iclasında deyib. O qeyd edib ki, dövlətimizin başçısına müxtəlif vasitələrlə təzyiq etdilər, ölkəni qarışdırmaq, münaqişələr poliqonuna çevrimək üçün ən çirkin yollara belə əl atdılar. Lakin İlham Əliyevin qətiyyəti və möhkəm iradəsi imkan vermədi ki, dövlətimizə uzanan əllər “bərəkət” əldə etsin. Hansı yola əl atdılarsa, hansı tərəfdən ölkəyə müdaxilə etməyə cəhd göstərdilərsə, İlham Əliyev öz müstəqil siyasətindən bir addım da olsun geri çəkilmədi.

“Bu gün də çalışırlar, bu gün də şər və böhtan dolu məqalələr yazdırır, ən alçaq vasitələrə baş vurur və bununla guya Azərbaycanın mövqelərini zəiflədəcəklərini və ölkəni müstəqil siyasət xəttindən yayındıra biləcəklərini düşünürlər. Alınmayacaq! Azərbaycan xalqının Prezidentinə sevgisini və inamını sarsıltmaq mümkün deyil! Gücünü xalqdan alan lider həmişə QALİBDİR! Vətəninə, xalqına bağlı olan, ürəyində Azərbaycan sevgisi gəzdirən, təkcə ölkəsinin deyil regonun ƏSAS ADAMIna çevrilən rəhbərə heç bir qüvvə güc gələ bilməz!”- deyə R. Əhmədov vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR