>
Haqqımızda Əlaqə

Fəttah Heydərov: “Xalqımız şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq”.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şura sədri, millət vəkili Fəttah Heydərov tariximizə qanla yazılmış, şanla xatırlanan 20 yanvar hadisələrindən söhbət açaraq, xalqımızın şücaət və qorxmazlığından danışdı.
Şura sədri Ulu Öndər Heydər Əliyevin hadisələrdən dərhal sonra Moskvada bu cinayətə etiraz etməsindən də danışaraq, onun 20 Yanvar hadisələrinə layiqli qiymət verilməsi yönündə atdığı böyük addımlardan da söz açıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq: “Azərbaycan xalqı vətən yolunda öz canından keçən şəhidlərini yad edir. Xalqımız şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq”.

F. Heydərov sovet ordusunun keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakı və respublikanın digər şəhər və rayonlarında günahsız insanlara qarşı cinayət törətdiyini qeyd edib. Onun sözlərinə görə, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı örnəyidir.

Şura üzvləri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhid məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR