>
Haqqımızda Əlaqə

Fəttah Heydərov: “Azərbaycanda ağsaqqal sözünə ehtiramla yanaşılmasının çox qədim və zəngin ənənələri var”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Dara düşəndə, ailə quranda, mübahisəli məsələlərin həllində ağsaqqal sözü həmişə keçərli olub. Ağsaqqallar el-obaya müdriklik təlqin edib, gənclərə xeyir-dua və məsləhətlər veriblər. Ağsaqqallar həm də xalqımızın adət-ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir”. Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov  Agsaqqallar.az saytına açıqlamasında bildirib. O, qeyd edib ki,  gənc nəslin mənəvi və fiziki sağlamlığına, vətənə sədaqət ruhunda tərbiyəsinə diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərirlər. Bütün bu sahələr üzrə müxtəlif layihələr reallaşdıran ağsaqqallar tez-tez hərbi hissələrdə də əsgərlərlə görüşlər keçirirlər.
Dəyərli ağsaqqqal F. Heydərov onu da vurğuladı ki, ağsaqqallar Azərbaycanın mənəvi sərvətidir. Bu sərvət həm də bir neçə onillikdən sonra bugünkü yaşlı nəsli əvəzləyəcək, ağıllı, kamallı, istedadlı, müasir dövrlə ayaqlaşan, cəmiyyətimizdə öz rolunu cəsarətlə oynaya biləcək gənclərimizdir!”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR