>
Haqqımızda Əlaqə

Azərbaycan Xəzərdə növbəti mühüm uğurlara imza atacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Aydın Mirzəzadə: “İmzalanan konvensiya Azərbaycana özünə aid sektorda öz fəaliyyətini daha da genişlənidrməyə imkan verəcək” İlham Şaban: “Status məsələsi öz hüquqi həllini tapdı ki, bu da ölkəmizə daha rahat nəfəs almağa imkan verdi”

Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiya heç şübhəsiz, burada yerləşən bütün dövlətlərin, o cümlədən Azərbaycanın maraqlarına cavab verir. Müqaviləyə əsasən, dənizin 15 milə  qədər olan məsafəsində hər bir dövlət tam müstəqil fəaliyyət göstərmək imkanı qazanacaq. 10 millik məsafədə isə balıq tutmaq hüququna malik olacaqlar.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Aktau sazişi Azərbaycana dənizin karbohidrogen ehtiyatlarından daha çox gəlir götürməyə imkan yaradacaq: “Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması bu məkanda yerləşən hər 5 ölkənin maraqlarına cavab verir. Xüsusən də iqtisadi baxımdan. Bunu Azərbaycanla bağlı da söyləyə bilərik.

Xəzər dənizində təxmini hesablamalara görə, 8 trilyon dollarlıq neft və böyük həcmdə qaz ehtiyatları var. Bu baxımdan Azərbaycanın açıq dənizdə neft istehsalı təcrübəsi digər ölkələr tərəfindən öyrənilə bilər. Birincisi, Azərbaycanın konvensiya ilə müəyyənləşən konkret milli sektoru var. Hansı ki, imzalanan konvensiya Azərbaycana həmin özünə aid sektorda öz fəaliyyətini daha da genişlənidrməyə imkan verəcək. Bu genişlənmə isə mövcud karbohidrogen ehtiyatlardan daha çox mənfəəət götürməyimizə şərait yaradacaq.  İkinci bir tərəfdən, Azərbaycan sahilyanı digər ölkələrlə əməkdaşlıq edərək neft qaz sektorunda birgə layihələrdə də fəaliyyət göstərə bilər. Çünki bu istiqamətdə Azərbaycanın əldə etdiyi təcrübələr digər ölkələr üçün maraqlı olar. Üçüncü bir tərəfdən, Xəzər təkcə neft deyil, eyni zamanda balıq və kürü ehtiyatları ilə də zəngindir. Bu məhsullardan əldə edilən gəlir heç də neftdən az deyil. Məhz bu mənada da konvensiyanın imzalanması bütün 5 ölkənin, o cümlədən Azərbaycanın da maraqlarına cavab verir.

Proses iqtisadi əməkdaşlığn genişlənməsinə, Xəzərin imkanlarından istifadə ilə bağlı iqtisadi sahələrin inkişafına gətirib çıxaracaq, ölkəmiz daha çox mənfəət götürəcək”.

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban qeyd etdi ki, Xəzərin hüquqi statusun rəsmiləşməsi Azərbaycana öz gəlirlərini artırmaq baxımından daha rahat nəfəs almağa imkan verdi: “İmzalanan konvensiyaya görə, digər ölkələr kimi, Azərbaycan da 15 mil məsafədə neft-qaz yataqlarını istismar, 10 mil məsafədə, yəni 18 km ərazidə isə balıq tutmaq hüququna malikdir. Yəni, yeni konvensiyada da əvvəl olduğu kimi orta xətlə Xəzərin dibi bölünür. Bu fonda da əvvəlki tək mövcud olan yataqlar, strukturlar Azərbaycanın öz ixtiyarında qalır. O baxımdan yaranmış vəziyyətin imkanların genişlənməsi və yaxud daralmasına hər hansı bir dəxli yoxdur. Sadəcə, məsələ öz hüquqi həllini tapdı ki, bu da ölkəmizə daha rahat nəfəs almağa imkan verdi.

Əvvəllər aparılan işlər də qayda-qanun olmadan aparılırdı. Hər bir ölkə ikitərəfli qaydada işlərini görürdü. İndi isə suyun üzəri və dibindən necə istifadə edilməsi ümumilikdə razılaşdırılıb”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR