>
Haqqımızda Əlaqə

Ölkəmizdə milli valyuta həcmi artıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu ilin may ayında Azərbaycanda milli valyutada əmanətlərin həcmi 1,1% artıb.

Agsaqqallar.az xəbər verir ki, 2018-ci ilin may ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 867,5 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 919,2 mln. manatı (37,1%) milli valyuta, 4 mlrd. 948,3 mln. manatı (62,9%) isə xarici valyuta ilə yerləşdirilib.

2017-ci ilin analoji dövrü ilə müqayisədə bu il əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 174,4 mln. manat və ya 67,3% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 153,7 mln. manat və ya 3,01% azalma var.

Həmçinin onuda qeyd edək ki,cari ilin aprel ayı ilə müqayisədə mayda manatda olan əmanətlərin həcmi 31,4 mln. manat və ya 1,1% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 45,2 mln. manat və ya 0,9% azalıb.

Emil Əmiraslanov
Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR