>
Haqqımızda Əlaqə

Ağsaqqallar Şurası Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir keçirib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib.

Agsaqqallar.az xəbər verir ki, tədbirdə çıxış edən  Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Xalq Cümhuriyyətinin Azərbaycan tarixinin şərəfli səhifəsi olduğunu bildirib.

Bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd edildiyini deyən F. Heydərov qeyd edib ki, bu gün müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır. Sovet dövründə Heydər Əliyevin fəaliyyətindən söz açan F. Heydərov ulu öndərin hələ sovet dövründə Azərbaycanın müstəqilliyi üçün bazislər yaratdığını nəzərə çatdırıb. Heydər Əliyevin yenidən müstəqillik qazanmış Azərbaycanın müstəqilliyinin qorunması, o cümlədən dövlət quruculuğu sahəsində gördüyü işlərdən çöz açan F. Heydərov prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyini vurğulayıb: “Bu gün Azərbaycan dünyada öz layiqli yerini tutur”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR