>
Haqqımızda Əlaqə

8-ci sinif şagirdindən sərt ittiham-şagirdlərin qiymətlərinin şişirdilməsi yolverilməzdir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Təhsil,təlim-tərbiyə,İnkişaf və əhəmiyyətli fəailliyət sahəsi olmaqla hər bir dövlətin sosial və mədəni inkişafını planlaşdırır və müəyyən edir.
Təhsil önümüzdə bizi gözləyən məhsuliyyətli yolu maneəsiz keçməkdə bizə böyük dəstək olur.Son dövrlərdə təhsildə müxtəlif dəyişikliklər,islahatlar həyata keçirilib.Bəs bu dəyişikliklər,tələbələrə və orta təhsil müəssisələrində oxuyan şagirdlərə nə dərəcədə təsir göstərəcək?
Təhsil elə mürəkkəb bir quruluşa malikdir ki,bu sahəyə yatırılan investisya,bir neçə mərhələdən sonra öz müsbət nəticələrini verməyə başlayır.Bu səbəbdən müasir təhsilin dünyəvi çərçivədə inkişaf etdirilməsinin müəyyən qədər zamana ehtiyacı var.
Ancaq təhsil sahəsində ciddi və arzuolunmaz problemler hələ də qalmaqdadır.Belə ki,bir çox rayonlarda və kəndlərdə əsaslı təmirə ehtiyacı olan onlarla təhsil ocaqları vardır.Onların yetərincə müasir texnoloji imkanlara malik olmaması,burada təhsil alan şagirdlərin səviyyəsinə mənfi təsir göstərir.Biz müşahidə etsək görərik ki,son texnologiyalarla təchiz olunmuş məktəbdə təhsil alan şagirdlərlə,baxımsız,heç bir texnologiyadan belə söhbət gedə bilməyəcək bir məktəbdə təhsil alan şagirdlərin arasında nə dərəcədə böyük bir fərq var.Mənim fikrimcə bu cür məktəblərin təmir olunması o qədər də böyük bir problem deyil.Belə məktəblərdə təhsil alan şagirdlərin də dərsə davamiyyəti çox aşağıdır.Bu problem bütün ölkə üçün götürsək,böyük bir rəqəmlə qarşılaşırıq.
Orta məktəblərdə yaşanan problemlerdən biri də şagirdlərin qiymətlərinin şişirdilməsidir.Mənim fikrimcə heç bir valideyn övladının qiymətinin şişirdilməsini istəməz.Əgərbunu istərsə,övladına pislik etmiş olar.Əlbəttə bu qiymətlərin şişirdilməsi müəyyən qədər maddiyat qarşılığında həyata keçir.Bu hal isə yolverilməzdir.
Ümumilikdə bu kimi problemlerin qarşısı alınsa,savadlı və bacarıqlı gənclərin sayı artar.
Bərdə rayon S.Xudaverdiyev adına Kürdborakı kənd tam orta məktəbinin 8ci sinif şagirdi Kərimova Maya

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR