>
Haqqımızda Əlaqə

Azərbaycan Ağsaqqallar Şurası 11 Aprel prezident seçkilərinə həsr olunmuş yığıncaq keçirdi-Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Bu gün Azərbaycan Ağsaqqallar Şurası ölkədə keçiriləcək 11 Aprel prezident seçkilərinə həsr olunmuş yığıncaq keçirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək bildirib ki, yığıncaq gəncləri 11 Aprel prezident seçkilərində fəal olmağa, eləcə də səsvermə zamanı onları düzgün seçim etməyə səsləmək məqsədi daşıyır:” Artıq ölkədə 11 Aprel prezident seçkilərinə hazırlıq prosesi başlayıb. Xalqımız qarşıdakı 7 il müddətinə öz prezidentini seçəcək. Belə bir vaxtda bizim yığışaraq öz fikirlərimizi bölüşməyimiz, seçkilərdə hər bir vətəndaşı, xüsusilə gəncləri fəal olmağa səsləməyimiz, bir ağsaqqal olaraq bizim borcumuzdur. Əminəm ki, seçkilər uğurla keçiriləcək. Bu gün ağsaqqalların yığışmasının məqsədi ölkədə sabitlik, insanların dinc, xoşbəxt həyat sürməsi və Heydər Əliyev yolunun davam etdirilməsinin zəruriliyini gənclərə, əhaliyə ağsaqqal sözü ilə çatdırmaqdan ibarətdir”.

Azərbaycanın dinlərarası, mədəniyyətlərarası, millətlərarası münasibətlərdə nümunəvi ölkə kimi tanındığını vurğulayan F. Heydərov bildirib ki, Azərbaycan bugünkü inkişaf və tərəqqi səviyyəsinə görə dünya dövlətlərinin hamısından fərqlənir: “Azərbaycan sürətlə inkişaf edir, dünyada tanınır.. Dünyada böyük iqtisadi, siyasi proseslər gedir. Siyasi böhranlar müharibələr, qırğınlarla müşayət olunur. Amma Azərbaycan sabitliyi,təhlükəsizliyi qorumaqla uğurla inkişaf edir. Bu çox böyük bir naliyyətdir. Ölkəmizdə sabitlik , əmin-amanlıq çox düzgün seçilmiş siyasi xəttin, yolun seçilməsinin nəticəsidir. Ölkəmizdə seçkilər demokratik yolla, insan haqlarının qorunmasını təmin etməklə keçirilir. Buna səbəb, ölkəmizin Ulu öndər Heydər Əliyevin açdığı yolla uğurla irəliləməsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycanı bütün bəlalardan xilas etdi. Bu gün Azərbaycanda xalqın dinc, rahat, təhlükəsiz yaşaması da Ulu öndərin siyasi yolunun uğurlu davamının nəticəsidir. Gənclərimiz prezident seçkilərində fəallıq nümayiş etdirməklə yanaşı,düzgün seçim etməlidirlər ki, ölkəmizdə sabitlik, inkişaf davamlı olsun. Biz ağsaqqallar bu günki yığıncağa toplmaqla bu fikirlərimizi gənclərimizə çatdırmaq istəyirik. Çünki, ölkənin gələcəyi bizim gənclərin gələcəyidir. Gənclərimiz nə qədər ağıllı seçim etsələr bu onların gələcəyinə təsir göstərəcək. Ona görə də, mən bütün ağsaqqallar adından gəncləri 11 Apreldə seçki məntəqələrinə gəlməyə, ölkəni parlaq gələcəyə aparan aparıcı şəxsiyyətə səs verməyə səsləyirəm”.

Toplantı Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin çıxışları ilə davam edib. Ağsaqqallar Şurasının digər üzvləri də hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıblar.

 

Mövqe.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR