>
Haqqımızda Əlaqə

Yetişməkdə olan gənclərin teatrda öz iddiaları var

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Bu gün ki,  həm söhbətim gənc və istedadlı Fidan İsmayılovadır.

Fidan özünü bizə tanıt. 

Fidan Ismayılova 19 yaşım var,  Azerbaycan Mədəniyyet ve Incəsənət universitetinin Sabah qrupunun Teatr kino aktyorluğu fakültəsinin ikinci kurs tələbəsiyəm.

 Fidan incəsənətə sevgi necə yaranıb? 

İncəsnətə sevgi əslinde usaq vaxtlarından yaranmışdı lakin evdəkilərə hecnə deye bilmirdim.

Bildiyimiz kimi bizlerde bele bir anlayiş var ki,  incesənə bir sənət deyil deyirdiler amma mən içimdəki sevgini böyütdüm.  Məktəbdə olan sehnəciklərdə feal iştirak edərək bu sənətə uyğun olduğumu anladım ve elədə davam elədim.

Bu sahədə hər hansısa bir kumiriniz varmı?
Əlbətrə var xaricilərdən Julyetta Mozilla, özumüzünkilərdən isə mərhum Nesibe Zeynalova və Fuad Poladov…
Fidan özünü gələcəkdə hansı teatrda görür? 
Azərbaycanda qalıb məsləğimi burda davam etmək istemirəm.

Yəni bizim teatrlarlarda çalışmaq istəmirsən? 
İstiyirəm amma tək burda qalmaq istəmirəm burada Azərbaycan Dövlət Dram teatrında və birdə
Genc Tamaşaçılar teatrında çalışmaq istəyirəm.

 Niyə yalnız burda yox? Buna, əsaslı səbəb var?

Özümü inkişaf elətdirmək üçünn məncə tək burda yox xarici ölkələrdədə özümü sınamalıyam.
Niyyətinizi alnadım yaxşı belə sual verim. 
Bizim fəxri adlardan hansına iddialısınız? 

Xalq artisti  ( gülür)

Bilirəmki imtahan tamaşalarında daha çox fiziki qüsurlu insanlarla məşq edirsiz bu necə hissdir? 

Əslində onlara fiziki qüsurlu kimi deyil bizlərdən biri kimi baxıram onsuzda elədirlər. Onların bizlərdən heç bir fərqi yoxdur və bir şeyi gördüm ki,  onlar həyatda nəyisə əldə etmək üçün çox çalışıb çaba sərf edirlər. Amma bizlər birşey alınmayada həmən dəqiqə o istəyimizdən əlimizi üzürük. Onlar isə istəklərinin ardınca gedirlər.

Heç düşünürsüzmü nə vaxtsa başqa sahəyə yeyələnəsiz? 
Məsələn bizim tv məkanda çoxu incəsənət universitetini bitirib lakin aparacı kimi çalışanlar. 
Sən necə? 

Yəni əlbətdə mən tək aktyor kimi deyil rejissor kimidə davam etmək istəyirem.
Aparıcı kimidə olar niyədə yox?!

Təşəkkür edirəm, uğurlar!

Təşəkkürlər!

Bəsti İsrafilova

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR