>
Haqqımızda Əlaqə

İlham Əliyevin ciddi təbliğata ehtiyacı yoxdur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Yeni Azərbaycan Partiyası yenə də tarixi bir qərar qəbul edib və partiya seçkilərdə iştirak etmək üçün prezident İlham Əliyevin namizədliyini irəli sürüb. İlham Əliyevin ciddi təbliğata ehtiyacı yoxdur, çünki son on beş il ərzində böyük işlər görülüb. Ona görə də inkişaf, sabitlik üçün hər bir kəs prezident İlham Əliyevə səs verməlidir. Azərbaycanda sahələrdə sürətli inkişaf gedir. Bu elə-belə başa gəlmir!
İlham Əliyev bütün fəaliyyətini ölkə üçün, Azərbaycan xalqı üçün edir. Mən bilirəm ki, biz ağsaqqalar əl-ələ verib güclü Azərbaycanın inkişafı üçün işləyəcəyik. Bizim devizimiz “İlhamla İrəli”-dir və bu devzilə də irəliyə doğru addımlayacayıq. Biz ağsaqqalların da mənəvi haqqı yoxdur ki, imkan verək ölkədə stabillik pozulsun. Bəzi xarici və daxili qüvvələr var ki, Azərbaycanı parçalamağa, məhv etməyə hazırdır! Biz buna yol verməyəcəyik! Xalq da bilir kimə səs vermək lazımdır! Xalq keçmişini unutmur! Bu gününü də yaxşı görür! Xalqın gözü açıqdı, artıq aldanmır!

Fəttah Heydərov,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
millət vəkili

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR