>
Haqqımızda Əlaqə

Nizami rayonunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan gəncliyi ölkənin bütün sahələrində fəal iştirak edir.

Nizami rayonunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə dair hesabat videosu nümayiş etdirilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir, intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərir. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılan əlverişli imkanlar, verilən mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov diqqətə çatdırıb ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində dolğun fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva isə qeyd edib ki, Nizami rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlar.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova söyləyib ki, ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal gənclərlə işə başlayan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. Ulu öndər Heydər Əliyev Gənclər və İdman Nazirliyini yaratdı, 1996-cı ildən başlayaraq gənclərin forumları təşkil edildi, 1997-ci ildə isə imzalanan Sərəncamla fevralın 2-si Gənclər Günü elan olundu. Bununla yanaşı, gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrildi.
Qeyd edilib ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək verilən qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Prezident İlham Əliyev bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sonra partiyaya qəbul olunan gənclərə üzvlük vəsiqələri, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Məktəbi”nin məzunlarına sertifikatlar, Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən partiya fəallarının uşaqlarına və partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəallığına görə bir qrup gəncə fəxri fərmanlar, xatirə hədiyyələri təqdim edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR