>
Haqqımızda Əlaqə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən möhtəşəm imtahan tamaşası

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Fikrət Məlikovun qrupunun imtahan tamaşası anşlaqla keçib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin imtahan tamaşalarını izləmək hər kəs üçün ayrı bir zövq kəsb edir.

Universitetin professor-müəllim, tələbə heyətindən tutmuş, bütün əməkdaşları, valideynlər, mətbuat nümayəndələri, teatrşünas və b. imtahanlarda iştirak edir, tələbələrə dəstək olurlar. Müəllimlərin rəhbərlik etdikləri kurslar sanki bir-birləri ilə daha yaxşı olmaq uğurunda mübarizə aparır, bu sənət mübarizəsi də əlbəttə ki, onların işində özünü əks etdirərək, yüksək yaradıcı mühiti formalaşdırır. Bu dəfə imtahan tamaşası nümayiş olunan qrup dosent Fikrət Məlikovun SABAH “Aktyor sənəti” ixtisası II kurs tələbələri idi.

İmatahan tamaşasının başlamasına az qalmış artıq zal tamaşaçı ilə dolu idi. Hər kəs bu qrupun nümayiş etdirəcəyi Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasını səbirsizliklə gözləyirdi. Qeyd edək ki, qrupun aktyor sənəti müəllimi Ceyhun Dadaşov, səhnə danışığı müəllimi isə Nadir Hüseynovdur. Tələbələr bu tamaşanın öhdəsindən də məharətlə gəldilər. Anşlaqla keçən imtahan tamaşasının nümayişindən sonra ənənəvi olaraq tələbələrin işi müzakirə olundu, kiçik iradlar deyilsə də, ümumi II kurs tələbələrinin işi yüksək qiymətləndirildi.

 

Ağsaqqallar.az

Bəsti İsrafilova

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR