>
Haqqımızda Əlaqə

20 yanvar tarixi Azərbaycan oğullarının mübarizlik tarixinə bir daha imza atdıqları gündür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“20 yanvar tarixi Azərbaycan oğullarının mübarizlik tarixinə bir daha imza atdıqları gündür! 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna Sovet İttifaqının qoşun hissələrinin qəflətən hücumu nəticəsində divan tutulan dinc əhalinin, yüzlərlə qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş insanların uyuduğu Şəhidlər Xiyabanı qanlı və şanlı tariximizdir. Sovet imperiyasının qəddarlıq və misli görünməmiş vəhşilikləri yaddaşlardan heç zaman silinməyəcək. Xalqımız çox fədakar və bir çox terrora məruz qalmışdır. Başqa ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox itkiləri olub. Bu gün də Qarabağ itkisinin ağrısını yaşayırıq. Biz gənclər ölkə başçımızın ətrafında sıx birləşmişik. Hər an mətin bir əsgər kimi Ali Baş Komandanımızın əmrini gözləyirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu qan yerdə qalmayacaq!”

Xəyal Əhmədov,
YAP Nizami rayon Gənclər Təşkilatının sədr müavini

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR