>
Haqqımızda Əlaqə

SDU-da Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Elxan Hüseynov: Müstəqil Azərbaycan dövləti milli – mənəvi dəyərlərlə bəşəri idealların vəhdəti işığında daha böyük gələcəyə doğru inamla irəliləyir

Bu günlər ölkəmizin hər yerində xalqımızın dahi oğlu, əvəzsiz dövlət xadimi müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev əbədi sevgi və sonsuz ehtiramla anılmaqdadır. Dekabrın 12-də Sumqayıt Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi. Öncə universitetin kollektivi Ulu Öndərin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir universitetin Akt zalında davam etdi.
Müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilər.
Konfransı giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən bəhs etdi. Bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lideri Heydər Əliyev xalqımızın böyük şəxsiyyətlərdən biridir. Böyük siyasi xadim, zəngin biliyə, geniş dünyagörüşünə, yüksək intellektə malik, vətənpərvər şəxsiyyət olan ulu öndər Heydər Əliyev daim öz xalqına və dövlətinə sədaqətlə xidmət göstərib, ömrünü xalqımızın firavan gələcəyinə həsr edib. Qədirbilən xalqımız Ulu Öndərin tarixi xidmətlərini heç zaman unutmayacaq, onun əziz xatirəsini daim uca tutacaq. Rektor onu da qeyd etdi ki, Azərbaycan Respublikasında elmin və təhsilin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il Azərbaycan tarixində, müstəqil dövlətçilik tariximizdə, respublikamızın ictimai-siyasi fikir tarixində dönüş ili kimi yadda qalmışdır. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ziyalıya, alimə və elmə hörməti də geri qaytardı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bir sıra irimiqyaslı, möhtəşəm layihələr reallaşdırılır.Müstəqil Azərbaycan dövləti milli – mənəvi dəyərlərlə bəşəri idealların vəhdəti işığında daha böyük gələcəyə doğru inamla irəliləyir.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Heydər xalq, xalq Heydər birliyi əbədidir”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov “Heydər Əliyev kursunun davamı bizi xoşbəxt gələcəyə aparır”, Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Əli Miriyev “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir”, Tarix və coğrafiya fakültəsinin V kurs tələbəsi Toğrul Əlizadə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzularında məruzə ilə çıxış edərək Dahi Öndərin xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti naminə misilsiz xidmətlərindən, təhsilin inkişafına,
gənc nəslə qayğısından danışdılar və Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlarını bildirdilər. Bu gün ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malik olduğunu vurğuladılar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR