>
Haqqımızda Əlaqə

Prokuror ər-arvadı avtomobillə vuraraq öldürən keçmiş DSMF əməkdaşına cəza istəyib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhəd Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Agsaqqallar.az Apa-ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Ə. Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 13-də davam etdiriləcək.

İttihama görə, Ə. Həsənov 14 sentyabr 2017-ci il tarixdə Hacıqabul rayonu ərazisində idarə etdiyi “İnfiniti G37” markalı avtomobillə yolu keçmək istəyən İmran Ağayev və onun həyat yoldaşı Rəqiyyə Əzizovanı vurub. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ə. Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Ə. Həsənov Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin Sosial Sığorta sektorunun məsləhətçisi olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR