>
Haqqımızda Əlaqə

Nazirlik: Mingəçevir sakininin ona əlilliyin təyin olunmasında maneələrin yaradılması barədə şikayətlər əsassızdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Mingəçevir şəhər sakini İmanov Fariz Famil oğlunun ona əlillik qrupunun verilməsində guya maneələr yaradılması və süründürməçilik edilməsi barədə yenidən bəzi mətbu orqanlara şikayət xarakterli müraciəti əsassızdır”.

Agsaqqallar.az xəbər verir ki,bu barədə “APA-Economics”ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirilib.

Belə ki, F.İmanov 31 iyul 2014-cü il tarixdə müvafiq göndəriş əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində əyani müayinə olunarkən səhhətində əlillik halı müəyyən edilmədiyindən onun əlil hesab edilməməsi barədə qərar qəbul olunub. O, 4 mart 2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (DTSERX) müraciət etsə də, səhiyyə müəssisəsinin onun barəsində yeni göndərişi olmadığından onun əlillik müayinəsi aparılmayıb.

Şöbə müdiri əlavə edib ki, bundan sonra F.İmanov onun əlil hesab edilməməsi barədə 31 iyul 2014-cü il tarixdə verilmiş qərarın ləğv edilməsi və ona əlillik təyin olunması ilə bağlı DTSERX üzərinə öhdəliyin qoyulması iddiası ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Lakin həmin məhkəmənin 22 avqust 2016-cı il tarixli qərardadı ilə bu iddia mümkün sayılmayıb.

“Fariz İmanov bu dəfə həmin qərardan apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsi bu şikayətin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar verib. Göründüyü kimi, məhkəmə qaydasında da Fariz İmanovun tələbi əsaslı hesab edilməyib. Bununla belə, əlilliyinin qiymətləndirilməsi üçün Fariz İmanovun yenidən və elektron qaydada müraciət etmək hüququ vardır. Məlum olduğu kimi, ötən ilin noyabr ayından əlilliyin qiymətləndirilməsi sistemi tam elektronlaşdırılıb. Müvafiq Əsasnaməyə edilən dəyişikliklərlə əlillik dərəcələrinin təyin edilməsi üçün vətəndaşların Tibbi-sosial ekspert komissiyalarına (TSEK) müraciət etmələri proseduru tam aradan qaldırılıb. Yəni bu proses artıq vətəndaşla TSEK arasında heç bir təmas, ünsiyyət olmadan həyata keçirilir. Əlilliyin qiymətləndirilməsi üçün göndəriş Səhiyyə Nazirliyi tərəfindən elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür. TSERAS göndərişi qəbul etdikdən sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, göndərişin aid olduğu şəxsin (yəni əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə TSEK-ə (göndərişi verən səhiyyə müəssisəsinin, yaxud əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin yaşadığı ərazi üzrə TSEK istisna olunmaqla) göndərilir və əlilliyin təyin edilib-edilməməsi barədə qərar verilir. Bununla da əlilliyin qiymətləndirilməsi elektron sistem üzərində və məmur-vətəndaş təmasları olmadan, şəffaf şəkildə yerinə yetirilir”, – deyə qurum rəsmisi vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR