>
Haqqımızda Əlaqə

Aygün Bəylər Mehriban Əliyevaya muğam dəstgahı həsr etdi — “Mehribani” – EKSKLÜZİV

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Tanınmış xanəndə, əməkdar artist Aygün Bəylər muğam dəstgahı yazır.

 

Agsaqqallar.az  “Ölkə.Az”a istinadən xəbər verir ki, xanəndə eksklüziv açıqlamasında belə bildirib. Muğam dəstgahını musiqi aləmi adından Birinci Vitse-prezident Mehriban Əliyevaya ithaf edəcək:

“Yeni dəstgah və muğam yazıram.  Bu işə neçə illərdir başlamaq istəyirdim. Vasif Adıgözəlov, Tofiq Quliyev kimi sənətkarların yanında böyümüşəm. Bu gün də onların böyüklüyünə, dəstəyinə çox ehtiyacım var. Onlar yoxdular, bir az sıxılıram ki nəsə ortalığa çıxardaram, istədiyim kimi alınmaz.Bunu sürpriz saxlamaq istəyirdim, amma soruşdunuz deyirəm. Bir musiqiçi, sənətçi kimi muğamımızı dünyada birinci yerdə hesab edirəm. Mehriban xanım Əliyevaya minnətdarlıq əlaqəmi olaraq, sənətçilərin, musiqi aləminin adından o xanıma qəlbimizin səsini çatdırmaq istədim. Dəstgahın adı “Mehribani”dir və simfonik orkestrlə yazılacaq. Yeni başlamışam”.

Xanəndə bildirib ki, “Mehribani”ni ilin sonuna qədər tamaşaçılara təqdim edəcək.

 

Bəsti İsrafilova

Agsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR