>
Haqqımızda Əlaqə

Nizami rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilmişdi-Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın tədbirlər planına əsasən 24 noyabr 2017-ci il tarixində 12 №-li tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində məktəblilər arasında “İslam dini sülh, dostluq və həmrəylik dinidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə 20 tam orta məktəb üzrə 30 nəfər yuxarı sinif şagirdi iştirak etmişdir.

Tədbirdə nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də iştirak etmişdir. O, çıxışında gənclərin ölkənin  ictimai-siyasi həyatındakı aktuallığından danışmış, bu cür tədbirlərin onların uğurlarına stimul verdiyini söyləmişdir.

Qeyd edək ki, Nizami rayon İcra Hakimiyyəti bütün tədbirlərdə rayon Ağsaqqallar Şurasının sədrinin olmasını məqbul sayır. Bu da rayonda ağsaqqallara olan böyük rəğbət və hörmətin bariz nümunəsidir!

Aygün

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR