>
Haqqımızda Əlaqə

İstanbulda Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi ilə Asiya Parlament Assambleyasının 10-cu plenar iclası keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

İstanbulda Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi ilə Asiya Parlament Assambleyasının 10-cu plenar iclasında Milli Məclisin deputatları İlham Məmmədov və Sevinc Fətəliyeva Azərbaycanı təmsil ediblər

31 ölkədən nümayəndə heyətinin iştirakı ilə keçirilən sessiyada Enerji təhükəsizliyi, yoxsulluq, narkotik maddələrlə mübarizə, təbiəti mühafizə, məişət zorakılığı, iqtisadi əməkdaşlıq, miqrasiya, dinlərarası dialoq olmaqla 24 qətnamə yığıncağın əsas müzakirə mövzuları olub.
Noyabrın 21-də Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib. Əvvəlcə təşkilati məsələlərə baxılıb. Təşkilata sədrlik Kambocadan iki il müddətinə Türkiyəyə keçib və 2020-2021-ci illər üzrə təşkilata sədrilik edən ölkənin müəyyən olunması üçün səsvermə keçirilib.
Türkiyə respublikasının Baş naziri cənab Binalı Yıldırım Azərbaycanlı Millət Vəkilləri ilə görüçərək Millət Vəkili İlham Məmmədova Azərbaycan-Türkiyə qardaşlığını ən xoş arzularını ifadə etmişdir.
TBMM sədri İsmayıl Kahraman çıxışında Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğuna diqqət çəkib, hər iki ölkənin bundan sonra da çiyin-çiyinə yol alacağını deyib.
Deputatlarımız toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə çıxış ediblər.

 

Elşən Ramizoğlu

Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR