>
Haqqımızda Əlaqə

Şəhid məzarına ünvanlanan qəlb harayımdı bu mənim…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qnunla bu mahnı sədaları altında xeyli dinməzcə baxmışdıq bir-birimizə. Mahnı bizi uzaqlara aparmışd, bu 6 dəqiqə 58 saniyədə. Onun baxışlarında bir kədər, mənim ürəyimdə nisgil. O, uzaq yol üstə, mənsə qəlbi xəstə. Qulağımızda yalnız Elxanın səsi vardı. Gecələr hamilə nurlu sabaha. Demək səhər nə doğulacaq günəşlə birgə bilən yoxdu. Qəlbimin təlatümünə çöldə də tufan qopmuşdu. Bir ömür görüşümüz hərəmiz bir yanda gecələr olacaqdı yalnız! Hər ikimizin yalnızlığında. Sanki Elxan o gecəki yığıncaqda bizə hökm oxuyan hakim idi.

Elxan oxuyurdu. Sanki bizim son hökmümüzü oxuyurmuş kimi.

Onun gözündə qüssə, mənim qəlbimdə nisgil. Sakitcə göz-gözə baxışırdıq. Onun xəyalı bu son görüsdə, mənim xəyalım mahnının təkrar olunan sətirlərində. Gecələr hamilə nurlu sabaha. Demək səhər günəşlə nəyin doğulacağı bəlli deyil. Demək biz məhkum idik. Bir ömür görüşümüz üçün hər ikimiz başqa- başqa yerlərdə gecəni gözləməliyik yalqızlıqda.

O görüşdən cox az vaxt keçdi. Bir gün bir məktub aldım yalnız iki cümlə yazılmışdı. “Elxana təşəkkürümü yetir, onu bu mahnıyla sevdiyim qədər də nifrət edirəm. Çünki sənə qovuşdurub ayıran da odu!”. Və doğrudan da ayrıldıq əbədi olaraq. O bayraga bükülmüş tabutda ciyinlərdə qayıtdı. Və mənə də əzab hökmü oxuyaraq.
Şəhid məzarına ünvanlanan qəlb harayımdı bu mənim...
Yenə Elxan oxuyur. Amma artıq o yoxdu deyə bilmərəm. O var!!! Göylərdən baxır və dünyadan köçəcəyim günü gözləyir!
Bilirəm!!!

Şərafət ŞƏFA

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR