>
Haqqımızda Əlaqə

“Hərə bir qəlb sevindirsin!” adlı xeyriyyə marafonuna start verildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dünyası ağsaqqaları” qəzeti “Hərə bir qəlb sevindirsin!” – adlı xeyriyyə marafonuna start verdi. Qəzetin baş redaktoru Ramin Əhmədov Agsaqqallar.az-a açıqlamasında bildirib ki, bu marafon Ağsaqqallar Şurası ilə qəzetin birgə uzunmüddətli layihəsi olan “Bizə uzanan əllər” layihəsi çərçivəsində keçiriləcək. Məqsəd tənha ahılların, fiziki qüsurlu insanların, valideynsiz əsgərlərin Yeni il  arzularını imkan daxilində yerinə yetirmək üçün keçirilir.

“Bütün respublikanı əhatə edəcək bu marafonda könüllərə işıq və sevinc verməklə insanlığın yaşadığını, onların sevildiyini göstərməkdi. Biz uzun illərdi ki, bu xeyirxahlıq missiyasını həyata keçiririk və davamlı olaraq da keçirəcəyik. Bizimlə birgə olan xeyirsevərlər marafonun sonunda mükafatlandırılacaqlar.”- deyə o vurğulayıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR