>
Haqqımızda Əlaqə

Fəttah Heydərov: “İnkişaf olan yerdə qısqanclıqların olması təbiidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ölkəmiz indiyə qədər çox sınaqlardan üzüağ çıxıb. Hansı böyük və beynəlxalq miqyaslı lahiyəyə imza atmışıqsa, bu çox yüksək səviyyədə alınıb”.

Bu sözləri Agsaqqallar.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Ağsaqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.

Onun sözlərinə görə, inkişaf olan yerdə qısqanclıqların olması təbiidir:

“Azərbaycan qədər demokratik, tolerant, fərqli mədəniyyətlərin bir ayara gəldiyi ölkə dünyada çox azdır. Bunu bütün dünyada etiraf edirlər. Sadəcə bizim düşmənlərimiz var. Ermənistan səfalət içindədir, əhalisinin əksəriyyəti öz ölkəsində yaşaya bilmir, dünyanın müxtəlif dövlətlərinə səpələniblər. Beynəlxalq miqyasda çalışırlar ki, Azərbaycanı gözdən salsınlar. Lakin göründüyü kimi, buna nail ola bilmirlər. Təfsilata getmədən demək istəyirəm ki, ölkəmizə qarşı qara-piar kampaniyası vahid mərkəzdən idarə olunur və yeganə məqsəd əldə etdiyimiz çoxsaylı uğurlara kölgə salmaqdır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR