>
Haqqımızda Əlaqə

”Dövlətimizin yanındayıq”…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Bu gün bizim gəncliyimiz inkişaf edir, Azərbaycan gəncliyi artıq dünyanı qavrayır, internet səhifələrində çıxış edir. Xarici ölkələrdə, dünyanın ən qabaqcıl ölkələrində təhsil alırlar”.

Bu sözləri “Türk Dünyası Ağsaqqalları Qəzeti’nin baş redaktoru Ramin Əhmədov bildirib. “Biz bir şeyi bilməliyik ki, azərbaycançılığımızın, Azərbaycan Dövlətçiliyinin və xüsusilə də bizim göz bəbəyimiz kimi qorumalı olduğumuz müstəqilliyimizin qorunması üçün tariximizi və keçmişimizi bilməliyik. Bu gün Azərbaycan böyük inkişaf yolundadır. Əlbəttə ki, Ulu öndər Heydər Əliyevin qoyub getdiyi siyasi kursun, cənab Prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir ki, bu gün ölkənin hər yerində quruculuq, abadlıq işləri gedir. Ölkəmiz regionda lider olkələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində, onun Respublikaya rəhbərliyi müddətində Azərbaycan xalqı inkişaf etmiş bir cəmiyyətdə yaşayır. Azərbaycan gəncləri bunu olduqca gözəl dərk edir və gələcək fəaliyyətlərində dövlət rəhbərinin etimadını doğrultmağa çalışır. Mən əminəm ki, məhz cənab İlham Əliyevin bundan sonra da respublikaya rəhbərlik etməsi bizi yeni-yeni nailiyyətlərə aparacaqdır. Biz dövlətimizin daha da möhkəmləndirilməsinə vətəndaş təəsübkeşliyi ilə yanaşaraq daim cənab İlham Əliyevin yanındayıq.”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR