>
Haqqımızda Əlaqə

Ağsaqqallar Şurasının Quba səfərindən

Yazı fontunu küçültür Yazı fontunu büyütür

11.07.2013-cü il tarixdə Quba rayonunda yerləşən Retro istirahət mərkəzinin konfrans zalında Azərbaycan Ağsaqqallar Şurasının təşkil etdiyi region ağsaqqallarının region gəncləri ilə görüş iclası keçirilmişdir. İclası Quba rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev açıq elan etmişdir. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili hörmətli Fəttah Heydərov çıxış etmişdir.Fəttah Heydərov çıxışında respublikamızda gənclərə verilən önəmdən də söz açmışdır. Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov da çıxışında gənclərlə keçirilən tədbirlər haqda ətraflı məlumat vermişdir. Region ağsaqqalları ilə bərabər region gəncləri də bir gənc kimi öz fikirlərini ağsaqqallar ilə bölüşmülər. Sumqayıt gəncləri adından “Sumqayıt REŞ” MMC-nin YAP GB-nin sədri Elvin Məmmədzadə öz çıxışında Sumqayıtlıların, xüsusən də Sumqayıt gənclərinin salamını tədbir iştirakçılarına çatdırmışdır. Və qeyd etmişdir ki, “Sumqayıt gəncləri ilə Sumqayıt Ağsaqqalları arasında sıx iş birliyi vardır. Sumqayıt gəncləri hər zaman agsaqqalların məsləhət və tövsiyyələrinə önəm verir. Birgə vətənpərvərlik və digər mövzularda tədbirlər keçirirlər.Elvin Məmmədzadə Sumqayıt gənclərinin dövlətimizə, prezidentimizə sadiqliyindən də danışmışdır. Və qeyd etmişdir ki, bizim tək bir liderimiz var. O da cənab prezidentimiz İlham Əliyevdir. Sumqayıtlılar və Sumqayıt gəncləri 2013 prezident seçkilərində yetkinliklə cənab prezident İlham Əliyevə səs verəcəklər. Sonra isə “Biz prezidentimizlə və dövlətimizlə fəxr edirik” deyərək çıxışını bitirmişdir.

    

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR