>
Haqqımızda Əlaqə

Bakıdakı dəhşətli qəzanın görüntüləri: yaralılar yerdə qalıb…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Bakının Qaradağ rayonunda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

Agsaqqallar.az  xəbər verir ki, hadisə şahidlərinin baku.ws-ə göndərdiyi videoda görünür ki, qəza nəticəsində yaralanan şəxslərə ətrafdakı insanlar ilkin yardım edirlər.

Qeyd edək ki, hadisə Lökbatan qəsəbəsində “Howo” markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların siyahısı:

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov
1964-cü il təvəllüdlü Rəhim Səlimov
1966-cı il təvəllüdlü Ulduz Sultanova
1970-ci il təvəllüdlü Xuraman Məmmədova
1975-ci il təvəllüdlü Ağayev İlqar
1980-ci il təvəllüdlü Ramiz Məmmədov
1982-ci il təvəllüdlü Aytəkin Məmmədova
1982-ci il təvəllüdlü Vadim Mütəllibov
1983-cü il təvəllüdlü Atayev Elnur
1996-cı il təvəllüdlü Tapdıq İsmayılov

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Bəsti İsrafilova

Agsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR