>
Haqqımızda Əlaqə

Redaksiyada turizmlə bağlı layihənin işi barədə müzakirə aparıldı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün “Türk dünyası ağsaqqaları” qəzet redaksiyasında turizmlə bağlı layihənin gedişatı müzakirə olunmuşdur. Azərbaycan Ağsaqqallar Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində yaxın günlərdə birinci dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin III rübündə “Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında” adlı yeni uzunmüddətli layihənin təqdimatı keçirilmişdir. Təqdimat zamanı Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı Şərafət Şəfa bildirmişdir ki, şura üzvləri müxtəlif layihələrə imza ataraq, hər zaman ictimai-siyasi prosesdə fəal iştirak edirlər. Layihə Azərbaycanın mədəni irsinin qorunması və təbliğinə yönəlib. Layihənin məqsədi turistlərin Azərbaycanın təbiətinə ekskursiyasını təşkil etməkdir. Layihənin icrasında ağsaqqallar, gənclər, turistlər və kənd sakinləri iştirak edəcəklər. Bir daha deyim ki, burada məqsəd mərkəzdə və regionlarda tarixi mədəniyyət abidələrimizin qorunması, təbliği işlərinə dəstək verməklə yanaşı, bu bölgələrdə turizm inkişafına nail olmaqdır. Layihə çərçivəsində 4 dəyirmi masa keçiriləcək.

Redaksiyadaxili iclasda qəzetin əməkdaşı Qadir Əliyev, Şərafət Şəfa və Ağsaqqallar Şurasının məclis üzvü Mayıl Əliyev iştirak edib.

 

Aygün

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR