>
Haqqımızda Əlaqə

QARAKƏND FACİƏSİ BÜTÖV AZƏRBAYCANIN FACİƏSİDİR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün ağrılı, acılı bir gündür. Tariximizin rəfinə qara hərflərlə yazılmış daha bir kitab əlavə olunub. Bu tarix düşmənlərimiz tərəfindən hazırlanmış “20 noyabr terroru” idi. 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Qarakənd üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndinə getsinlər. Bu gediş onların son gedişi oldu.

Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Bu terror hadisəsinin əsas motivi ondan ibarət idi ki, bu əvvəlcədən hazırlanmış bir akt idi.

Mühüm dəlillərin yoxa çıxması, ikinci vertolyotun uçduğunu, yanan Mİ-8-ə yaxınlaşan maşın karvanını görən azərbaycanlı çobanın ifadəsinin silinməsi – bütün bunlar müstəqilliyini təzəcə qazanmış Azərbaycana qarşı yaxşı hazırlanmış terror aktının tərkib hissələridir. Lakin bütün bu olaylar Azərbaycanın müstəqillik gücünü əngəlləyə bilmədi. Biz böyük insanları itirdik. Amma bu xalqın iradəsini nəinki sarsıtdı, əksinə mübarizliyə təkan verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Fəttah Heydərov,

AAŞ-nın sədri, millət vəkili

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR