>
Haqqımızda Əlaqə

Heç zaman unudulmayan müəllimlərimiz

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Müəllimlik heç zaman unudulmayan,tarixin yaddaşında vereqlenen bir peşədir. Yəqin ki,hər biriniz müəllimlərinizi sevirsiniz,niyə də yox,nə üçün onları sevməyək axı?-Onlar bizim gələcəyimizin təməl qurucularıdır.Müəllimlik hər şeydən əvvəl tanrı sənətidir.
Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında belə demişdir-Valideynlərim məni göydən yerə endirdi,müəllimim isə yerdən göyə qaldırdı.
Müəllim şagirdlərin yaxın dostu,sirdaşı,qayğıkeşi,düşünəni,onların bu günü və gələcəyi üçün narahat olanıdır.Müəllim təkcə özünün deyil,həm də hər bir şagirdinin sevincini,kədərini yaşayır.
Müəllim yalnız sinifdə olduğu dəqiqəni yox,bütün ömrünü şagirdləri ilə paylaşır.
Müəllimdir insana
Yaxın dost həm də sirdaş
Ayrılırıq biz ondan
Hər ildə yavaş-yavaş
Bəli bu doğrudur,zaman keçdikcə biz-bizə gələcəyimizin yolunu açan müəllimlərimizdən uzaqlaşırıq.Ancaq onları unutmuruq.Biz onların ümidlərini doğrultmaq üzərə yola çıxırıq.Bu yol ki,bizə qaranlıq bir gecədə işıq verəcək yolumuzu aydınlatacaq.
Ümumilli Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi:”Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Hər birimizdə müəllimin hərarəti,qəlbinin biz zərrəciyi vardır.Məhz müəllim doğma yurdumuzu sevməyi,hamının rifahı naminə vicdanla işləməyi,müdirikliklə, səbirlə bizə öyrətmiş və öyrədir.Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə,minnətdarlıqla qəlbimizdə yaşadırıq.
Mən də ömrüm boyunca bu 8 ildə mənə elmin sirlərini öyrədən,gələcəyimi möhkəm qurmaqda mənə dəstək olan müəllimlərimi unutmaram.Onları daim anar,xoş xatirelərlə dolu məktəb illərimi yaddaşımda silinməz izlərtək saxlaram!
Kərimova Maya
Bərdə rayon Kürdborakı kənd tam orta məktəbin 8-ci sinif şagirdi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR