>
Haqqımızda Əlaqə

Kiyevdə qətldə ittiham olunan Azərbaycan vətəndaşı həbs olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı qətldə ittiham olunaraq həbs olunub.

APA-nın məlumatına görə, Kiyevdə Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü Şamil Feyzullayev ilə onun yaşadığı hostelin sakinləri arasında sonradan dava ilə nəticələnən mübahisə düşüb. Davaya səbəb azərbaycanlı gəncin ünvanına nalayiq ifadələrin işlənməsi olub.

Əlbəyaxa dava zamanı Aleksandr adlı gəncə bıçaqla xəsarət yetirilib və nəticədə həmin şəxs ölüb.

Ş. Feyzullayev Qoloseevskiy rayon polisi tərəfindən saxlanılıb.

Həmyerlimizin yaxınları APA-ya bildirib ki, onun hüquqi yardıma ehtiyacı var.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR