>
Haqqımızda Əlaqə

Kamran Ağayev qovuldu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Çexiya çempionatında XIII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb.

Səfərdə “Ostrava” ilə qarşılaşan sözügedən komanda minimalhesablı qələbəyə sevinib. Qarşılaşma milli üzvü üçün uğursuz olub.

Belə ki, görüşə start heyətində başlayan Ağayev oyunu yüksək səviyyədə keçirsə də, sonradan bütün zəhmətini yerə vurub. Əvvəlcə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.

Qeyd edək ki, geridə qalan 13 oyundan sonra 17 xal toplayan “Mlada Boleslav” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR