>
Haqqımızda Əlaqə

GÖRÜNƏN İŞIQ MÖCÜZƏSİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Kainatdakı ulduzların və digər işıq mənbələrinin hamısı eyni cür işıq yaymır. Şüalar dalğa uzunluqlarına görə fərqlənirlər. Müxtəlif dalğa uzunluqlarının əmələ gətirdiyi şkala çox genişdir. Ən kiçik dalğa uzunluğuna malik qamma şüaları ilə ən böyük dalğa uzunluğu olan radiodalğalar arasında 1025-də 1 (milyard dəfə, milyard dəfə, milyardlıq) fərq var. Burada möcüzəvi cəhət Günəşin yaydığı şüaların hamısının 1025-lik şkalanın bir intervalına yerləşməsidir. Çünki bu dar sahədə həyat üçün lazım olan şüalar yerləşir.

Burada diqqətçəkən cəhət dalğa uzunluqlarının həddindən artıq geniş şkalada yayılmalarıdır. Ən qısa dalğa uzunluğu ən uzun dalğa uzunluğundan 1025 dəfə kiçikdir. 1025 1 rəqəminin yanına 25 sıfır əlavə etməklə əmələ gələn saydır. “10.000.000.000.000.000.000.000.000” şəklində yazılan bu sayın böyüklüyünü daha yaxşı qavramaq üçün bəzi müqayisələr aparaq. Məsələn, Yerin 4 milyard illik ömrü boyu keçən saniyələrin cəmi 1017-dir. Əgər 1025 sayını saymaq istəsək, gecə-gündüz fasiləsiz saymalıyıq və bunun üçün Yerin yaşından 100 milyon dəfə artıq vaxt lazımdır! Əgər 1025 ədəd kartı üst-üstə düzsək, Südyolu qalaktikasından kənara çıxarıq və müşahidə olunan kainatın təqribən yarısı qədər məsafə gedərik. (Michael Denton, Nature’s Destiny, s. 51)

Günəşin yaydığı görünən işıq kainatdakı 1025 müxtəlif dalğa uzunluğu arasında bir intervalı əhatə edir. Maraqlıdır ki, Yer kürəsində həyata imkan verən şüalar da 1025-də 1 intervalında yerləşən şüalardır.

Günəşdən yayılan işığın Yerdəki həyata tam uyğun şəkildə 1025-də 1 intervala yerləşdirilməsi təsadüflə açıqlanmayan üstün nizamı göstərir. Günəşin yaydığı şüanın növü belə trilyon dəfə trilyonlarla ehtimal arasından ən ideal şəkildə seçilmişdir.

Kainatdakı müxtəlif dalğa uzunluqları bu qədər geniş şkalada yayılmışdır. Ancaq maraqlıdır ki, bizim Günəşimiz bu geniş şkalanın çox dar intervalında yerləşir. Günəşdən yayılan müxtəlif dalğa uzunluqlarının 70%-i 0.3 mikronla 1.50 mikron arasındakı dar intervaldadır. Bu intervalda 3 növ işıq var: görünən işıq, infraqırmızı şüalar və ultrabənövşəyi şüalar.

Bu üç işıq növü birlikdə elektromaqnit dalğaları şkalasının içində bir intervalı tutur! Başqa sözlə, Günəş işığı üst-üstə düzdüyümüz 1025 ədəd kartdan biridir.

Bəs nə üçün Günəş şüaları bu dar intervala yerləşdirilib?

Cavab çox əhəmiyyətlidir: Günəş işığı bu dar intervala yerləşdirilib, çünki Yer kürəsindəki həyata imkan verən şüalar yalnız bu şüalardır.

İngilis fizik Yan Kempbel “Enerji və atmosfer” (Energy and the Atmosphere) adlı kitabında bu mövzuya toxunaraq: “Günəşdən yayılan şüaların Yer kürəsindəki həyatı dəstəkləmək üçün çox dar intervalda yerləşdirilməsi, həqiqətən, qeyri-adi vəziyyətdir”, -deyir. Kempbel bunu ağlasığmaz dərəcədə təəccüblü adlandırır. (Ian M. Campbell, Energy and the Atmosphere, London: Wiley, 1977, s. 1-2)

Günəş işığı ilə fotosintez arasındakı qeyri-adi uyğunluq

Yüksək texnologiya ilə təchiz olunmuş laboratoriyada fəaliyyət göstərən mütəxəssislərin heç birinin bacarmadığı bir prosesi bitkilər yüz milyon illərdir həyata keçirirlər. Günəş şüasından istifadə edərək fotosintez edir və qida hasil edirlər. Ancaq bu prosesin mühüm şərti bitkilərə gələn işığın fotosintez üçün uyğun işıq olmasıdır.

Bitkilərin fotosintez etməsini təmin edən hüceyrələrindəki xlorofil molekullarının işıq enerjisinə həssas olmalarıdır. Ancaq xlorofil sadəcə müəyyən dalğa uzunluğundakı şüalardan istifadə edir. Günəş isə məhz bu şüaları yayır. Fotosintez üçün lazım olan dalğa uzunluğu 1025 müxtəlif dalğa uzunluğundan yalnız birinə uyğun gəlir.

Fotosintez nəticəsində günəş enerjisi bitki yarpaqlarının hüceyrələrində qida şəklində toplanır. Yer üzündəki bütün canlılar birbaşa və ya dolayı şəkildə enerjini bu yolla əldə edir. Hər hansı bitkinin fotosintez etməsi isə sadəcə müəyyən işıq intervalında mümkündür. Bu interval isə Günəşin yaydığı işığa uyğun gəlir.

Görünən işıqla əlaqədar diqqətçəkən digər cəhət isə bu işığın müxtəlif rənglərinin suyun içində müxtəlif məsafələr qət etməsidir. Məsələn, qırmızı işıq 18 metr dərinliyə qədər gedir. Sarı işıq 100 metr dərinliyə qədər irəliləyir. Yaşıl və mavi işıq isə 240 metrə qədər gedir. Bu, çox mühüm nizamdır. Çünki fotosintez üçün lazım olan işıq, əsasən, mavi və yaşıl işıqdır. Suyun bu işıq rəngini digərlərindən daha çox keçirməsi sayəsində fotosintez edən bitkilər dənizin 240 metr dərinliyində də yaşaya bilirlər.

Günəşin yaydığı işıqla fotosintez üçün lazım olan işığın eyni olması işığın mükəmməl quruluşunu göstərir. Amerikalı astronom Corc Qrinşteyn “Simbioz kainat” (The Symbiotic Universe) adlı kitabında bu mövzu ilə bağlı belə yazır:

“Fotosintezi xlorofil molekulu həyata keçirir… Fotosintez mexanizmi bir xlorofil molekulunun günəş işığını udması ilə başlayır. Ancaq bunun baş verməsi üçün işıq doğru rəngdə olmalıdır. Yanlış rəngdəki işıq işə yaramır”. (George Greenstein, The Symbiotic Universe, s. 96.)

Buna misal olaraq televizoru göstərə bilərik. Televizor bir kanalı göstərmək üçün düzgün tezlikdə tənzimlənməlidir. Kanalı başqa bir tezlikdə tənzimləsəniz, görüntü əldə edə bilməzsiniz. Eyni şey fotosintezə də aiddir. Günəşi televiziya yayımı edən stansiya kimi qəbul edin, xlorofil molekulunu da televizora bənzədin. Əgər bu molekul və Günəş bir-birlərinə uyğun tənzimlənməsələr, fotosintez baş verməz. Günəşə baxdıqda şüalarının məhz lazımi rənglərdə olduğunu görürük. (George Greenstein, The Symbiotic Universe, s. 96)

Bitkilər və fotosintez prosesini səthi dəyərləndirənlər bəlkə də: “Günəş işığı bir az fərqli olsaydı, bitkilər də ona uyğun olardı”, -deyə düşünə bilərlər. Halbuki, bu, qətiyyən mümkün deyil. C.Qrinşteyn təkamülçü olmasına baxmayaraq, belə bir şeyin mümkün olmadığını belə qeyd edir:

“Bəlkə insan düşünə bilər ki, burada bir növ adaptasiya baş verib, bitkinin həyatı günəş işığının xüsusiyyətlərinə uyğunlaşıb. Nəticədə, əgər Günəş fərqli temperaturda olsa, (və ya fərqli işıq yaysa) xlorofil əvəzinə başqa molekul bu işıqdan istifadə etmək üçün uyğunlaşa bilməzmi? Sözün açığı, cavab “xeyr”dir. Çünki bütün müxtəlif molekullar işığın müəyyən rənglərini udurlar. İşığın udulması prosesi molekulların içindəki elektronların yüksək enerji səviyyələrinə həssaslıqları ilə əlaqədardır və hansı molekulu götürsəniz, bu işi həyata keçirmək üçün lazım olan enerji eynidir. İşıq fotonlardan ibarətdir və yanlış enerji səviyyəsində foton heç cür udula bilməz… Qısası, ulduzların fiziki quruluşu ilə molekulların fiziki quruluşu arasında çox yaxşı uyğunluq var. Bu uyğunluq olmasaydı, həyat olmazdı”. (George Greenstein, The Symbiotic Universe, s. 96-97)

Qrinşteyn bunu demək istəyir: hər hansı bitkinin fotosintez etməsi yalnız müəyyən işıq intervalında mümkündür. Bu interval məhz Günəşin yaydığı işıqdır.

Qrinşteynin ifadəsilə, ulduzların fiziki quruluşu ilə molekulların fiziki quruluşu arasındakı uyğunluq əsla təsadüflərlə açıqlanmayacaq qədər qeyri-adidir. Günəşin 1025-də 1 ehtimalla bizim ehtiyacımız olan işığı yayması və yer üzündə bu işıqdan istifadə edən kompleks molekulların olması, əlbəttə, bu uyğunluğu Allah`ın yaratdığını göstərir.

Günəş işığı yarpağın üstünə düşdükdə yarpaqdakı təbəqələr boyu irəliləyir. Yarpağın hüceyrələrindəki xloroplast orqanoidlərinin içindəki xlorofillər bu işığın enerjisini kimyəvi enerjiyə çevirir. Kimyəvi enerjini əldə edən bitki dərhal bunu qida əldə etmək üçün istifadə edir. Bir neçə cümlə ilə izah etdiyimiz bu prosesi elm adamları XX əsrin ortalarında kəşf ediblər. Fotosintez prosesini anlamaq üçün səhifələrlə zəncirvarı reaksiyalar yazılır. Lakin hələ də bu zəncirlərdə elmə məlum olmayan halqalar var. Halbuki, bitkilər yüz milyon illərdir bu prosesi xətasız həyata keçirib dünyaya oksigen və qida verirlər.

Bitki hüceyrələrindəki xlorofillərdə fotosintez üçün lazım olan şüa kainatdakı 1025 müxtəlif şüa arasında yalnız Günəşin yaydığı şüadır.

Günəş işığı ilə göz arasındakı qeyri-adi uyğunluq

Bioloji görmə üçün uyğun olan yeganə şüalar görünən işıq adlandırdığımız dalğa uzunluğudur. Günəşin yaydığı işığın böyük hissəsi bu dalğa uzunluğuna uyğun gəlir.

Diqqət etsək, burada sistemin ən əsas şərti tor qişadakı hüceyrənin fotonu qəbul etməsidir. Bunun baş verməsi üçün bu foton görünən işıq intervalında qalmalıdır. Çünki fərqli dalğa uzunluğundakı işıqlar hüceyrə üçün ya çox zəif, ya da çox güclü olur və lazımi reaksiya baş vermir. Gözün ölçülərinin kiçildilməsi və ya böyüdülməsi heç nəyi dəyişdirməz. Çünki hüceyrənin ölçüsü ilə fotonun dalğa uzunluğu arasındakı uyğunluq əsasdır.

Məlum olduğu kimi, canlı hüceyrələrinin quruluş vahidi üzvi molekullardır. Üzvi molekullar isə karbon atomunun çoxsaylı birləşmələrindən təşkil olunurlar. Bu üzvi molekulların əmələ gətirdiyi görmə hüceyrələri isə görünən işıqdan fərqli dalğa uzunluğundakı şüaları qəbul edə bilmirlər. Qısası, digər şüaları qəbul edən göz quruluşunun yer üzündə bioloji cəhətdən funksional olması qeyri-mümkündür. Nəticə etibarilə, canlı gözlərinin görə bildiyi yeganə işıq intervalı var, bu da Günəşin yaydığı görünən işıqdır. Təsadüfən rastlaşmaları ehtimaldan kənar olan bu iki faktorun birləşməsi isə həm gözü, həm də gözün gördüyü ideal işıq intervalını yayan Günəşi Allah`ın yaratdığını göstərir.

Yer üzündəki canlıların görmə qabiliyyətinə malik olması üçün ən ideal interval Günəşin yaydığı işıq intervalıdır.

Professor Maykl Denton “Təbiətin taleyi” (Nature’s Destiny) adlı kitabında bu mövzunu ətraflı təhlil edir və üzvi gözün görünən işıq hüdudları çərçivəsində gördüyünü açıqlayır. Nəzəri olaraq dizayn ediləcək heç bir göz modeli müxtəlif dalğa uzunluqlarını görə bilməz. Professor Denton bu barədə belə deyir:

“Ultrabənövşəyi, rentgen və qamma şüaları çox enerji daşıyırlar və məhvedicidirlər. Uzaq infraqırmızı və mikrodalğa şüaları da həyat üçün zərərlidir. Yaxın infraqırmızı şüaları və radiodalğaları isə çox zəif enerji daşıdıqlarına görə müəyyən etmək olmur… Nəticədə, məlum olur ki, bir çox səbəbə görə elektromaqnit dalğaları şkalasının görünən hissəsi bioloji görmə qabiliyyəti üçün uyğun olan yeganə hissədir. Xüsusilə də insan gözünə bənzər yüksək pikselli fotoaparat kimi onurğalı canlı gözləri üçün bu işıq intervalından başqa uyğun dalğa uzunluğu yoxdur. (Michael Denton, Nature’s Destiny, s. 62, 69)

Bütün bunları birləşdirərək bu nəticəyə gəlirik: Günəş elə dəqiq tənzimlənmiş intervalda işıq yayır ki, ehtimal olunan işıq növlərinin yalnız 1025-də 1-ini təşkil edən bu interval həm Yer kürəsinin isinməsi, həm kompleks canlıların bioloji funksiyalarının işləməsi, həm bitkilərin fotosintez etməsi, həm də Yer kürəsindəki canlıların görməsi üçün ən ideal intervaldır. Əlbəttə, bütün bu həssas müvazinətlər təsadüf adlanan kortəbii proseslərin nizamladığı sistemlər deyil. Bütün bunları yaradan Allah`dır. Allah`ın yaratdığı hər incəlik möcüzələr zənciri kimi həyatın hər sahəsində qarşımıza çıxır və bizə Allah`ın sonsuz qüdrətini göstərir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR