>
Haqqımızda Əlaqə

Dünyanın ən zəngin insanı 1,1 mlrd. dollarlıq səhm satıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Amazon” internet mağazasının təsisçisi və baş direktoru Ceff Bezos arxada qoyduğumuz həftə ərzində rəhbərlik etdiyi şirkətin 1,1 mlrd. dollar dəyərində 1 mln. ədəd səhmlərini satıb.

“APA-Economics” xəbər verir ki, milyarder son 6 il ərzində mütəmadi olaraq şirkətin səhmlərini satır. Sonuncu əqd cari ilin may ayında bağlanıb. Həmin vaxt C.Bezos səhm satışından 940,7 mln. dollar əldə edə bilib.

Hazırda C.Bezosa “Amazon”un 80 mln. ədəd (16,4%) səhmi məxsusdur. Buna baxmayaraq, milyarder hələ də şirkətin ən iri səhmdarıdır.

Oktyabrın 28-də “Forbes” jurnalının versiyasına əsasən C.Bezos dünyanın ən zəngin insan olub. Onun sərvəti 93,1 mlrd. dollar məbləğində dəyərləndirilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR